Menu
Geri İrəli

Bakcell-dən daha bir yenilik

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Aprel 2014 • Baxış sayı: 502 dəfə • Şərh yoxdur

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti beynəlxalq balansartırma xidmətinin aktiv olduğu ölkələr siyahısına Birləşmiş Ərəb Əmirlikləri və Türkiyəni də əlavə edib.

Ötən ildə istifadəyə verilən “Beynəlxalq Balansartırma Layihəsi” sayəsində Azərbaycandan kənarda olarkən asanlıqla Bakcell nömrəsinin balansını artırmaq mümkündür. İstər rouminqdə olan Bakcell abunəçilərinə, istərsə də başqa ölkələrdə işləyən və çalışan həmvətənlərimizə müxtəlif bank filialları və pos-terminallar vasitəsilə ödəniş aparmaq imkanı verən bu xidmət Azərbaycanda ilk dəfə Bakcell şirkəti tərəfindən həyata keçirilib.<p”>Qeyd edək ki, bu xidmət ilk dəfə olaraq Rusiya Federasiyasında tətbiq edilmişdir.Layihənin əsas məqsədi azərbaycanlıların əsas səyahət istiqamətləri və icmaların cəmləşdiyi ölkələrdə Bakcell xidmətlərini daha əlçatan etməkdir. <p”>Balansı Bank filialları, Bankomatlar (ATM), Ödəmə terminalları, Nağd pulun qəbulu aparatları və Bakcell Tərəfdaşlarının ödəmə məntəqələrində artırmaq mümkündür.

telefon danisiq

Facebook Şərhləndirmə:

Şərhinizi yazın