Menu
Geri İrəli

“Fitch”: Neftin 66 dollaradək bahalaşması Azərbaycanı qane edir

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Aprel 2017 • Baxış sayı: 269 dəfə • Şərh yoxdur

fitch-ratings-1Son aylar neftin bahalaşmasına baxmayaraq, “qara qızıl” hasilatçısı olan ölkələrdə vəziyyət qəliz olaraq qalmaqdadır. “APA-Economics” xəbər verir ki, bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.

“Fitch”in qiymətləndirmələrinə əsasən, ötən il WTI markalı neftin 1 barelinin orta qiyməti 45,1 dollar təşkil edib, car ildə bu rəqəm 52,50 dollaradək artacaq: “Lakin bu da neft hasilatçısı olan ölkələrinin büdcədəki problemlərini həll etmək üçün kifayət deyil. Yaxın Şərq, Şərqi Avropa və Afrika ölkələrinin 14-dən 11-i lazımi addımlar (büdcə xərclərinin azaldılması və milli valyutanın devalvasiyası) atsa da, büdcə defisitlə icra olunur.

Agentlik hesab edir ki, neftin 1 barelinin qiyməti 66 dollar təşkil etdiyi halda Azərbaycanın dövlət büdcəsi profisitlə icra olunacaq.

Yeri gəlmişkən, Rusiyanın dövlət büdcəsini neftin 72 dollaradək bahalaşması qane edir. Agentliyin hesablamalarına görə, neftin qiyməti 71 dollaradək artarsa, Qazaxıstanın dövlət büdcəsi profisitlə icra olunacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın