Menu
Geri İrəli

SamsungStore Sumqayıtda!

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Yanvar 2014 • Baxış sayı: 744 dəfə • Şərh yoxdur

502677Sumqayıt şəhərində IntegralPlus pərakəndə şəbəkəsinin SamsungStore monobrend mağazası açılıb 

 Ən son mobil telefon modelləri, planşetlər, “ağıllı televizorlar”, unikal nümayiş zonası… Artıq bunların hamısından tək Bakıda deyil, Sumqayıt şəhərinin mərkəzində, Nərimanov və Sülh küçələrinin kəsisməşində, Samsung mobil telefonlarının Azərbaycandakı rəsmi distribyutoru  İntegral şirkətinə məxsus İntegralPlus pərakəndə şəbəkəsinin yeni SamsungStore monobrend mağazasında zövq almaq olar.

Yanvarın 15-də SamsungStore Sumqayıt mağazasının təntənəli açılış mərasimi keçirilib. Mərasimdə Samsung Mobile-ın Azərbaycandakı rəsmi distribyutoru olan İntegral şirkətinin rəhbərliyi və xüsusi qonaqlar – Samsung şirkətinin Qafqaz ölkələrı, Mərkəzi Asiya və Qazaxıstan üzrə  nümayəndəliyinin başçısı cənab Seonq Six Çoy və Samsung Azərbaycan şirkətinin nümayəndəliyinin rəhbəri cənab Sanq Pil Çan iştirak ediblər.

Müştərilərə daha yaxın olmaq üçün İntegral şirkəti satış şəbəkəsini inkişaf etdirməkdə davam edir. Sumqayıtda SamsungStore monobrend mağazasının fəaliyyətə başlaması həm Samsung məhsullarının, həm də İntegral şirkətinin mövqelərini Azərbaycan bazarında daha da möhkəmləndirilməsinə xidmət edəcək. Sumqayıt sakinləri üçün isə Samsung brendinin keyfiyyətli məhsulları daha əlçatan olacaq.

Mağazada Samsung brendinin geniş çeşidli müasir model xətti, həmçinin, zəngin aksessuar seçimi təklif olunur. Bütün bunlarla müştərilər komfortlu şəraitdə, yüksək səviyyəli xidmətlə, rahat şəkildə tanış ola bilirlər.

Samsung firma mağazasının əsas fərqliliyi və üstünlüyü – açıq nümayış zonasının mövcudluğudur. Burada təqdim olunan modelləri dizayn, funksionallıq baxımından qiymətləndirmək, istənilən opsiyaları yoxlamaq, ən yeni məhsulları sınaqdan keçirmək, məhsulların fərqli və üstün tərəflərini açıqlayan texniki xüsusiyyətlərə dair peşəkar məsləhət almaq olar. Şəkillərə baxış, tətbiqilərin yüklənilməsi, İnternetə  çıxış – bunların hamısı  mağazada tam  ödənişsiz şəkildə  həyata keçirilir.

Üstəlik, mağazada  xüsusi “ağıllı” məhsullar zonası yer alır. Burada hər bir müştəri Samsung brendinin müxtəlif malları arasında yüksək səviyyəli kommunikasiya olduğunun şahidi olacaq.  Misal üçün, müştəri öz mobil telefonunun içindəkilərini televizorda seyr edə və hətta telefonundan televiziya pultu kimi istifadə edə bilər.

Integral şirkətinə məxsus İntegralPlus mağazalar şəbəkəsinin çoxsayli satış məntəqələri müştərilərə yüksək keyfiyyətli mallar və peşəkar xidmətlə təmin edir.

Əlavə məlumat üçün *9494 qısa nömrəsinə zəng edin, və yaxud www.integralplus.az saytını ziyarət edin.

İntegral şirkəti Azərbaycanın bütün telekommunikasiya bazarında güclü çoxsaxəli diler şəbəkəsidir. Şirkət mobil qurğuların və rabitə xidmətlərinin topdan və pərakəndə satış inkişafına sistemli yanaşma nəticəsində geniş şöhrət əldə etmişdir. Şirkətin fəaliyyəti Bakı, Gəncə, Sumqayıt şəhərlərini və respublikanın təxminən 50 regionunu əhatə edir. Samsung Electronics-in rəsmi distributoru İntegral, bu dünya şöhrətli istehsalçının orijinal və sertifikatlaşdırılmış mobil qurğuların satışı ilə yanaşı, ölkənin daima təcrübələrini təkmilləşdirən ən yaxşı mühəndislərinin çalışdığı beynəlxalq səviyyəli servis mərkəzlərində onların keyfiyyətli xidmətini təmin edir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın