Menu
Geri İrəli

Yanvar ayının ən yaxşı smartfonları – REYTİNQ

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Fevral 2017 • Baxış sayı: 225 dəfə • Şərh yoxdur

smartfon_2dfy36354AnTuTu yanvar ayı üçün populyar mobil telefonların reytinqini dərc edib.

SumqayitXeber.com lent.az-a istinadən xəbər verir ki, birinci yerdə “Xiaomi Mi Mix” qərarlaşıb. Cihaz “AnTuTu” siyahısında təxminən 94,4 faiz səs toplayıb.

Smartfonun səs-küyə səbəb olması xüsusiyyətlərindən biri geniş ekranın keramik korpusla uğurlu uyğunlaşdırılması olub. Məlumdur ki, tirajının az olması səbəbindən “Xiaomi Mi Mix” smartfonunu çətinliklə əldə etmək olur. Telefonun korpusunun istehsalındakı texnoloji prosesin çətinliyi istehsal edilən telefonların sayını da ciddi şəkildə məhdudlaşdırır.

“AnTuTu2 əlavəsindəki reytinqdə ikinci yeri 86,76 faiz səslə “OnePlus 3″ smartfonu tutur. Ondan sonra 0,53 faizlə geri qalan “OnePlus 3T” smartfonu gəlir.

Liderlərin ilk beşliyinə “Meizu Pro 6 Plus” və “Huawei Mate 9″ da düşüb. “Samsung Galaxy S7 Edge” smartfonun “Ən yaxşı 20-lik”də yer alıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın