Menu
Geri İrəli

Yeni “iPhone 8” səthi “OLED” ekranla təchiz ediləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Aprel 2017 • Baxış sayı: 505 dəfə • Şərh yoxdur

275663Bu il “Apple” şirkəti 5,8 düym diaqonallı düz “OLED” displeylə təchiz ediləcək yubiley “iPhone 8” (və ya iPhone Edition) smartfon modelini təqdim edəcək. ABŞ istehsalçısına yaxın mənbələrə istinad edən “JP Morgan” analitik şirkətinin məlumatına görə, smartfon səthi ekrana malik olacaq.

AZƏRTAC “Macdigger” resursuna istinadən xəbər verir ki, bundan əvvəl bəzi mənbələr “iPhone 8”in ekranının yan tərəfə əyilmiş olacağını bildiriblər. Bu, texnologiyanı “Galaxy” istehsal xəttindən olan qurğularda quraşdıran və “OLED” panellərin tədarükçüsü qismində “Samsung” şirkətinin çıxış edəcəyi nəzərə alınmaqla məntiqli görünürdü.

Lakin bu dəfə istehsalçıların tədarükləri üzrə proqnozlar verməkdə ixtisaslaşan ekspertlər növbəti “iPhone” modelinin 2.5D mühafizə şüşəsi ilə örtülən səthi displeyə malik olacağını bəyan ediblər.

Qeyd olunur ki, növbəti “iPhone” smartfonu qabaqcıl “LG G6” tərəfindən başlanılan yeni trendi dəstəkləyəcək. Söhbət tərəflərinin nisbəti 2:1 (və ya 18:9) ölçüsündə uzanan ekrandan gedir. Oxşar tərəflər nisbətinə martın 29-da təqdim edilən “Galaxy S8” modeli də malikdir.

Həmçinin bildirilir ki, yeni nəsil “iPhone” smartfonunda adi “Lightning” çıxışı ləğv edilərək “MacBook” planşetində istifadə olunan “USB-C” ilə təchiz ediləcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın