Menu
Geri İrəli

Adam da timsaha güvənib, şou göstərərmi? – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Aprel 2015 • Baxış sayı: 451 dəfə • Şərh yoxdur

timsahQolunu timsahın ağzına salmaqla bacarığını nümayiş etdirirdi, qəfil baş verən olay, onu məsxərə obyektinə çevirdi.

Tailandda Samfran heyvanxanasında işləyən bir timsah təlimçisi, tamaşaçılar qarşısında şou göstərərkən komik vəziyyətə düşüb.

Ciddi-cəhdlə timsahı özünə ram edən təlimçi, qolunu yırtıcının açılmış dişləri arasında salıb. Əgər timsah aqressivləşsə, böyük ehtimalla onun qolunu qoparacaq. Təlimçi özünü ən pis ssenariyə psixoloji baxımdan hazırlasa da, ağlına gəlməyən başına gəlib. Başqa bir təlimçinin arxada suya yıxılması, timsah qarşısındakı tailandlıya sözün əsl mənasında şok yaşadıb.  Şaqqıltı səsindən timsahın  ağzını yumduğunu düşünən təlimçi özünü kənara atıb. Qolunun yerində olduğunu görsə də, uzun müddət olayın şokunu üstündən ata bilməyib.

Təlimçi öz canının hayına düşsə də,  tamaşaçılar  bu vəziyyətə gülərək qarşılıq verib. Tailandlılarə bu qədər əyləndirən isə, Samrit adlı təlimçinin əvvəllər yerli mediyaya verdiyi bir açıqlamadır. 15 ildir timsahlarla oynadığını irəli sürən Samrit iddia edirdi ki, qorxan adam gərək timsaha yaxın durmasın.

Atv.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın