Menu
Geri İrəli

Avropada uçan avtomobil satışa çıxarıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Dekabr 2013 • Baxış sayı: 575 dəfə • Şərh yoxdur

ucan motosikelHelicycle Pal-V 100 km/s sürəti 8 saniyəyə yığır.

Holland ixtiraçılar hava ilə hərəkət üçün qanada ehtiyacı olmayan helisikl yaradıblar.

Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, “Helicycle” iki yerlik üçtəkərli kapsuldur. Onun helikopterlərdə olduğu kimi qatlanan böyük quyruğu və vinti var.

Yerdə bu qurğu 8 saniyəyə 100 km/s sürət yığır. Bir dəfə yanacaq doldurmaqla helisikl 1300 kilometrə yaxın məsafə qət edə bilər (yerlə), yaxud 350 kilometrə yaxın uça bilər. İstehsalçılar əmindirlər ki, dünyada bu qurğunun analoqu yoxdur. Bəzi məlumatlara görə, istehsalçıların artıq alıcı siyahısı var. Bəzi şəxsləri qurğunun 295 min dollara çatan yüksək qiymətləri də qorxutmur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın