Menu
Geri İrəli

Azərbaycanda yeni evlənən cütlük canavar kimi uladı

Müəllif: sumqayitxeber.com • Tarix: 17 İyun 2014 • Baxış sayı: 1,063 dəfə • Şərh yoxdur

doymek davaOnlar təkcə canavarı deyil, bir neçə heyvanı təqlid edirmiş.

İmişlidə gənclər ailə həyatına doğru uzanan çətin yolun öhdəsindən rahatlıqla gəliblər. Hətta toyları da olub. Amma nə baş veribsə də, məhz toydan sonra olub. Təzə bəylə gəlinin davranışları tamamilə dəyişib.

Oxu.Az xəbər verir ki, ANS TV-nin məlumatına görə, İmişlidə yeni ailə quran cütlük öz hərəkətlərilə hər kəsi şoka salıb. Toyun səhəri günü həyətdəki ağaca çıxan təzə bəy və gəlin, canavar kimi ulamağa başlayıb.

Rayon sakinlərinin sözlərinə görə, onlar təkcə canavarı deyil, bir neçə heyvanı təqlid edirmiş. Hətta vəziyyət o yerə çatıb ki, cavanlara bir kimsə, yaxınlaşmağa belə cürət etmirmiş.

Müəmmalı hərəkətlərin səbəbini öyrənməyə və gənclərə kömək etməyə çalışan rayon sakinlərinin sonda köməyinə çatan olub. İki gəncin başına gələnlər barədə daha ətraflı məlumatı “Adam içində” verilişinin bugünkü buraxılışına baxsanız, biləcəksiniz…

Facebook Şərhləndirmə:

Şərhinizi yazın