Menu
Geri İrəli

Nazirliyə müraciət xadiməyə baha başa gəldi

Müəllif: sumqayitxeber.com • Tarix: 5 May 2015 • Baxış sayı: 943 dəfə • Şərh yoxdur

150479_45462Abşeron Rayon Çaylı kənd sakini Arzu Rüstəmova kəndin məktəb direktoru İlahə Murquzovadan şikayətçidir. Qadın deyir ki, məktəbdə yarımştat -53 manat- maaşla xadimə işləyirmiş. Maaşını bir ştat etməsi üçün Təhsil Nazirliyinə müraciət edib. Nazirlik ərizəni baxılması üçün direktora göndərib. Amma nəinki maaşı artıb, əksinə işdən çıxarılıb. Şikayətçinin söylədiyinə görə,  bu ilin fevralında özünü pis hiss edib, iş yoldaşından kəndin həkimini çağırmasını xahiş edib.Lakin həkimlə birgə direktor da gəlib. Onu vurulan iynənin təsirindən gözünü açanda isə 1 saylı Respublika Psixiatriya xəstəxanasında olduğunu görüb. Qadın xəstəxanada yaşadıqlarını belə xatırlayır:

Hadisəni araşdırmaq üçün Çaylı orta məktəbinə getsək də, direktor kamera qarşısına çıxmadı. İşçilərə isə məktəbin qapısını bağlamaq əmri verdi. Direktor müavini bildirdi ki, Avropa Oyunları ilə bağlı nazirlik direktorlara müsahibə verməmək haqda tapşırıq verib. Arzu Rüstəmovanın sözlərinə görə, direktordan şikayət etdiyi üçün İlahə Murquzovanın əri tərəfindən təhqir də olunub:

“Dedi ki, sən bilirsənmi sənə nə etdirərəm? Dedim, nə etdirərsən? Deyir, 5 kişiyə səni meşəyə apartdıraram, başına oyun açdıraram. Başını kəsdirib, dizinin altına qoyduraram. Hər qadın qüruruna sığışdırmaz o kəlməni. Buna sarı getmək istəyəndə, sinəmdən dartı. Yumruqla qolumun üstünə, ayağıma təpiklə vurdu. Şirə qutusunu əlinə alıb, belə-belə üzümə sok qutusu ilə suyu töküb, deyir, kişilər üzünə belə-belə su tökəcəklər. Məni telefona çəkir. Deyir, ayı oynadıram qabağımda. Ayıya baxın, ayı oynayır. Bu boyda haqsızlıq olmaz axı”.

Bütün bunları Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nadir Ağayevin də bildiyini deyən Arzu Rüstəmova söyləyir  ki, direktorun əri ona İlahə Murquzovanın arxasında elə Nadir Ağayevin dayandığını deyib. Qadının dediyinə görə, o, başına gələnlərlə bağlı Abşeron Polisinə müraciət etsə də, direktor və Nadir Ağayev işin məhkəməyə getməsinə mane olurlar. Arzu Rüstəmova deyir ki, o, işdən hansı səbəbdən çıxarıldığını bilmək istəsə də, direktor onunla görüşmür:

“Müəllimlər yığılıblar ki, İlahə xanım, uşaqları körpədir. Onu işinə qaytar, qoy, sosial sığortasını alsın. Qayıdıb, deyib ki, getsin, ərizəsini götürsün, mənə tabe olsun, məndən üzr istəsin. Mənim qadınlıq qürurum var. Məni döydürdü ərinə. Özümdən getdim, Təcili Yardım çağırdım. Ekspertdən kağız aldım. Deyirəm, ərin məndən üzr istəsin, deyir, mənim ərim xidmətçidən üzr istəyər?”

Üç azyaşlı uşağına baxa bilmədəyini deyən Arzu Rüstəmova hökumətdən kömək istəyir:

“Bax, bax, bu ayaqqabıya. Dövlət niyə baxmır bu işə? Belə şey olmaz axı. Dövlət bu işə niyə baxmır? Bax, bu uşaqları mən nə ilə saxlayım? Hökümət bunu eşitsin. “Dur!” desin bu xanıma”.

Arzu Rüstəmova uşaqları ilə birlikdə məktəbdən ayrıldıqdan təxminən yarım saat sonra onun evinə özünü sahə müvəkkili kimi təqdim edən polis nəfəri gəldi. O, direktorun Meydan Tv-nin əməkdaşından və Rüstəmovadan şikayətçi olduğunu bildirdi.

Təhsil Nazirliyi Meydan Tv-nin məsələ ilə bağlı sorğusuna cavab olaraq, bildirib ki, qurum hadisəni araşdırır.

Daxili İşlər Nazirliyinin sözcüsü Orxan Mənsurzadə isə dedi ki, qadının şikayətləri ilə bağlı araşdırma aparılıb:

“Lakin o xanımın dedikləri ki, ay nə bilim, belə döyüb, filan. Təsdiqini tapmayıb. Yəni, onun dedikləri əsassızdır. İndi onun özünün də xəstəxanadan problemləri  səhv eləmirəmsə. Yəni, o, diqqət çəkmək üçün çox şey yaza bilər”.

Arzu Rüstəmova direktorun əri tərəfindən döyüldüyünə dair ekspertiza rəyinin Abşeron Polis Şöbəsində olduğunu deyir. Şöbənin baş təhqiqatçısı Zaur Məmmədov isə məsələyə belə şərh verir.

Şikayətçini 1 N-li  Respublika Psixiatriya qəbul edən  həkim İntizar Fərzəliyeva da Arzu Rüstəmovanı direktorla sahə həkiminin gətirdiyini təsdiqlədi.  Lakin jurnalist olduğumuzu bilən kimi,  dəstəyi asdı və təkrar zənglərə cavab vermədi.

Səhiyyə Nazirliyindən də hadisənin araşdırılacağını deyirlər.

Arzu Rüstəmova yenidən Meydan Tv ilə əlaqə saxlayıb. Onun sözlərinə görə, çəkilişdən sonra kənd icra nümayəndəliyinin təsilçisi  onlara gəlib. Şikayətini geri götürmədiyi təqdirdə evini buldozerə verəcəyi ilə hədələyib. Meydan Tv məsələni diqqətdə saxlayacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın