Menu
Geri İrəli

Sumqayıtda dam örtükləri yenilənir – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 15 May 2017 • Baxış sayı: 360 dəfə • Şərh yoxdur

Sumqayıtda başlanan abadlıq və quruculuq işləri çərçivəsində uzun illər yararsız vəziyyətdə olan yaşayış evlərinin dam örtüklərinin dəyişdirilməsi prosesi uğurla davam etdirilir.

sumqayitxeber.com xəbər ki, bu işlər tək şəhərin mərkəzində deyil, kənar mikrarayon və məhəllələrində də aparılır. İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərə yeni təyin olunan zaman keçirdiyi ilk müşavirədə də mövcud problemlər xüsusilə vurğulanaraq bildirilib ki, aparılan işlər yalnız şəhərin mərkəzində olmamalıdır. Başçı çıxışında bildirib ki, Abadlıq və quruculuq işləri şəhərin nisbətən qıraq, diqqətdən kənar ərazilərindən başlanılmalıdır. Hazırda şəhərin müxtəlif mikrorayon və məhəllələrində  kompleks işlər həyata keçirilir.

”Sumqayitxeber.com” 11-ci mikrorayon ərazisində görülən işlərlə bağlı hazırlanmış video reportajı təqdim edir:

Facebook Şərhləndirmə:

Şərhinizi yazın