Menu
Geri İrəli

«Erməni qırğını»nda imperiya izləri

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Aprel 2010 • Baxış sayı: 488 dəfə • Şərh yoxdur

YYpGEfTk1988-ci il Sumqayıt hadisələrinin indiyədək gizlədilmiş gerçəkləri ilk dəfə «Bizim Yol»da- Yəni Əhmədovun ifadələrində etiraf edici məqamlar var idimi?- Sualına cavab verməzdən əvvəl deyim ki, Əhməd Əhmədov hadisələrdən bir ay sonra həbs olunmuşdu. Onu çıxış üçün meqafonu əlindən aldığı adını xatırlamadığım bir nəfər satmışdı. Ondan sonra Əhmədovu gəlib evdə çimərkən aparmışdılar. Mən onun ifadələri ilə istintaq zamanı tanış olmuşam, bəli, ifadələrdə etiraf var idi. Əhmədov məhkəmə baxışında bu etiraflarını onunla izah etdi ki, ona istintaq zamanı deyiblər ki, etirafedici ifadə ver, əks təqdirdə səni ölüm hökmü gözləyir. Əgər etiraf edici ifadə versən, məhkəmə bunu nəzərə alıb gülləmə hökmü verməyəcək. Amma mən heç zaman deməmişəm ki, erməniləri öldürün, əşyalarını dağıdın və sairə. Mən demişəm ki, erməniləri qovun, çünki Ermənistandan bizimkiləri qovublar. Və Qarabağ Azərbaycanındır! Bilirsiniz, məhkəmədən 20 ildən çox vaxt keçib, ola bilər kimsə mənim dediklərimi başa düşməsin, amma keçirdiyim hissləri və prosesdə baş verənləri deməliyəm. Çünki həmin prosesin iştirakçılarından yalnız mən sağ qalmışam. Hələ də Əhməd Əhmədovun saf və cəsarətli sifəti gözlərim qarşısındadır. Bu illərdə nə qədər adamı qəhrəmanlaşdırdıq. Təsəvvür edin ki, 500 nəfərlik məhkəmə zalında 2-3 nəfər azərbaycanlı var idi, qalanları erməni idi. Başda Silva Kaputikyan olmaqla ermənilərin Moskvada yaşayan tanınmış alimləri, rəssamları, yazıçıları məhkəmədə iştirak edirdilər və hər gün yeniləri gəlirdi. Əhmədov onların qarşısında rus dilində özünü çox cəsarətlə və bacarıqlı şəkildə müdafiə edirdi. O, danışdıqca arada üzünü zala tutub deyirdi ki, Qarabağ Azərbaycanındır və heç vaxt Ermənistanın olmayıb. Bu sözü də rus dilində deyirdi. Onlar bunları eşidəndə gözləri iriləşirdi. Ümumiyyətlə, ermənilər Əhmədovun cəsarəti qarşısında mat qalmışdılar. O, çəkinmədən özünü müdafiə edirdi, çünki bilirdi ki, haqq yolundadır. Onu bir neçə dəfə dindirmişdilər, ancaq maraqlıdır ki, prosesdə bunları deməyə imkan vermədilər. Heç sual da vermirdilər ki, istintaqda dediklərin nə dərəcədə həqiqətdir və sairə. Çünki sərf etmirdi. Məsələ onda idi, məhkəmədə bunlar açılsaydı başda Azərbaycandan gedən ermənilər də ayılacaqdı ki, bu iki xalqı qarşı-qarşıya qoyurlar. Dinləyin, görün o, nə deyirdi. Əhmədov göstərirdi ki, işdən saat 3 radələrində çıxıb avtovağzala tərəf gələndə avtobusun üstündə bir nəfərin çıxış etdiyini gördüm. Həmin adam Ermənistanda necə döyüldüklərindən, öldürüldüklərindən, qollarının kəsilməklərindən, ailələrinin dağıldıqlarından danışırmış. Eşitdikləri onda vahimə yaradıb. Təsadüfən avtobusun içində diqqəti bir nəfərə cəmlənib ki, həmin adam sifətinin, xüsusən burnunun quruluşundan erməniyə oxşayırmış. Onda Əhmədov avtobusun pəncərəsinə yaxınlaşıb döyəcləyir ki, oturanlardan birinə həmin adamın erməniyə oxşadığını desin, amma cavab almadığından avtobus tərəfə gedib ki, qapını açsın. O zaman avtobusun üstündəki adam düşüb qabaq qapıdan minib, tez sürüb gediblər. Sonra o, kütlə olan tərəfə gedib və səsgücləndiricini alıb adamlara 41a məhəlləsində ermənilərin yaşadığını və onların qovulmasını deyib. Necə ki, onlar bizimkiləri qovublar, biz də erməniləri qovaq. Bundan başqa heç kimin öldürülməsini təkid etməyib. Bax, bunların heç biri məhkəmədə araşdırılmadı.

- Bəs Əhmədovun vəkili nədən onun istintaqdakı ifadəsini xatırlatmırdı?

- Vəkil qabarda bilərdi, amma o, bunları etmədi. Əslində, Yaşin çox yaxşı müdafiə edirdi. Amma sonra onu qorxutdular və o, fəal müdafiə etmədi.

- Onda onun 7 nəfəri öldürməsi haqqında iddia haradan ortalığa çıxdı?

- 7 nəfər bir ailənin üzvü idilər. Guya, Əhmədov, İsmayılov, Cəfərov və başqaları onları evdən çıxarıb vəhşicəsinə öldürüb, sonra yandırmışdılar. Amma məhkəmədə onların kim tərəfindən öldürülməsi sübut olunmadı. Təsəvvür edin ki, icraçıların kim olması sübut olunmadığından İsmayılov və Cəfərovun işini təkmilli istintaqa qaytardılar, ancaq təşkilatçı kimi Əhmədov tanındı. Sual yaranır, icraçı tapa bilmirsinizsə, Əhmədov kimi təşkil etmişdi, kimlərə göstəriş vermiş və kimlərə rəhbərlik etmişdi? Belə olduqda qanuni baxımdan hökm çıxartmaq olmaz. İkinci acınacaqlı hadisə onda oldu ki, məhkəməyə bir qanlı paltar gətirdilər, guya Əhmədovundur, amma geyindirmək istəyəndə onun əyninə olmadı. Hakim özü də bu vəziyyətdə çıxılmaz durumda qaldı. Çünki qarşı tərəf iddia edirdi ki, paltarın üstündəki qan Əhmədovun öldürdüyü ermənilərin qanıdır. Bilirsiniz, ona qarşı güllələnmə hökmünün səbəbi nə idi? Birinci onun özünü ləyaqətlə aparmasıydı.

- Ermənilər ona hədə-qorxu gəlmirdilər?

- Xeyr, kənar ermənilər söymürdülər, yalnız bir dəfə zərərçəkənlərin birinin oğlu ilə Əhmədov arasında söz toqquşması oldu. Həmin erməni qadın dedi ki, mənim ərimi sən öldürməmişən, onda bilirsən kim öldürüb, o, cavab verdi ki, mən haradan bilirəm. O zaman qadının oğlu ilə onun arasında mübahisə yarandı. Əhmədov heç nədən çəkinmirdi, suallara sərbəst cavab verirdi. Tanınmış ermənilər və prosesə yeni gələnlər iclas başlayanda biri-birindən Əhmədovun kim olduğunu soruşurdular. Çünki onlara xəbər çatmışdı ki, müttəhimlərdən biri özünü uşaq kimi aparmır, tam şüurlu, milli hisslərlə Qarabağın Azərbaycana məxsus olduğunu tez-tez vurğulayır. Ermənilər daima prosesi yarıda qoyub gedib SSRİ Ali Sovetin qarşısında mitinq edirdilər. Məsələn, bir dəfə Silva Kaputikyan ayağa qalxıb hakim Brizeyə dedi ki, Siz rüşvət aldığınız üçün işə ədalətli baxmırsınız. Bundan sonra zalı tərk etdi və onunla birgə ermənilər iclasdan getdilər. Onlar Ali Sovetin qarşısında aksiya keçirməyə gedirdilər. Bununla da proses dayandırılırdı. Ancaq əslində iclas dayanmamalı idi, çünki təqsirləndirilənlər, vəkillər, dövlət ittihamçısı və hakim prosesdə iştirak edirdisə 500 nəfər ermənin zalı tərk etməsinə görə iclası dayandırmaq qanuna ziddi idi. Bundan əlavə ermənilər məhkəmədə 13 bənddın ibarət vəsatət qaldırmışdılar, amma qəbul olunmadı. Vəsatətdə Sumqayıtda genosidin olması haqqında qərarın çıxarılması bildirilirdi. Bunun müqabilində məhkəmə 2 nəfərin işini geri qaytardı və iki gün sonra Əhmədova güllələnmə hökmü çıxartdı.

- Onun nə vaxt güllələndiyi bildirildimi?

- Biz Əhmədov haqqında çox gec xəbər tutduq. Onun atası bizim məsləhətxanaya məktub gətirmişdi. Məktubda yazılmışdı ki, oğlunuzun barəsində olan ölüm hökmü 1990-cı ilin aprelində icra olunub. Amma dəqiq tarix yadımda deyil.

- Qayıdaq “Qriqoryan işi”nə. Siz bu prosesdə kimi müdafiə edirdiniz?

- Qalib Məmmədovu. Onu əsasən kütləvi ixtişaşda iştirakda ittiham edirdilər.

- Həmin dəstənin başçısı və təşkilatçısının Qriqoryan olması sübut olundumu?

- Bəli.

- Necə oldu ki, Əhmədovun təşkilatçılığı sübut olunmadı, amma güllələnmə verdilər, təşkilatçılığı sübut edilən Qriqoryan isə 12 il azadlıqdan məhrum etmə cəzası aldı?

- Bilirsiniz, kütləvi ixtişaş elə şeydir ki, kütlə nizamsız hərəkət edir. Hərəkətin kim tərəfindən başlandığını, kim tərəfindən qurtardığını isə heç kim izləmir. İstintaqda 7 nəfər cəlb olunmuşdu və hamısı etiraf etmişdi ki, onları Qriqoryan Eduard Robertoviç təşkil edib. Qriqoryan onlara “batalyon za mnoy”, “əlimə yaxşı fürsət düşdü ki, ermənilərdən qisas alım” deyərək arxası ilə aparırmış. Həmin adamların bir neçəsi Qriqoryanla eyni binada yaşayırdılar.

- Onda onun erməni olduğunu bilmirdilər?

- Əlbəttə bilirdilər. Qriqoryanın anası rus, atası erməni idi, valideynləri ayrılmışdı. Amma arvadı Rima adlı erməni idi.
- Qriqoryanın ətrafındakılara psixoloji təsir edən dərmanlar paylaması və özü ilə olanlara “dubu idiot za mnoy” sözləri deməsi. Bunlar məhkəmədə açıldımı?

- Bəli. Ancaq həmin şəxslər onu etiraf etmədilər.

- Kim onlara təsir edirdi?

- Onlara naməlum adamlar başa salmışdı ki, sizi biri-birinizi ifşa edən ifadələr əsasında həbs ediblər, əgər məhkəmədə bu ifadələrdən qaçsanız olanları sübut edə bilməyəcəklər. Ona görə həmin müttəhimlərin hər biri istintaqdakı ifadələrinə uyğun olmayan ifadə verirdilər. İstintaqda müdafiə etdiyim Qalib Məmmədov Qriqoryanın təşkilatçı olduğunu təsdiqləyirdi. O, digər müttəhim Nizami Səfərovla qohum idi. Bilirsiniz, bu hadisələrdə başıpozuq, qeyri-sağlam gənclər çox olmuşdu, ancaq millətini sevən Əhmədov kimilər də heç nədən qurban getdilər.

- “Qriqoryan işi”nin dövlət ittihamçısı Aslan İsmayılov ANS-in bu barədə proqramında bildirmişdi ki, Qalib Məmmədovun yaxınları ondan kömək istəyiblər. O, da deyib ki, səmimi etiraf etsə, ona kömək edəcək. Bundan sonra Məmmədov Qriqoryanın onları yönəltdiyini, dərman verdiyini, onda ermənilərin siyahısının olduğunu etiraf edib. Ancaq bu zaman hakim Mənsur İbayev fasilə elan edib. Fasilədən sonra isə Məmmədov Aslan İsmayılovun təzyiqi nəticəsində o cür ifadə verdiyini bildirib…

- Ola bilsin ki, belə bir hadisə olub. Ancaq mən həmin vaxt eyni ilə Sumqayıt hadisələri ilə əlaqədar başqa bir zalda digər prosesə çıxdığımdan bir sıra məqamları unuda bilərəm. Amma Məmmədov həmin etirafları edib. Mən özüm də ona deyirdim ki, sən həqiqəti söylə. Əgər o, həqiqəti söyləsəydi, başqa cür olardı. Məsələ onda idi ki, o, məhkəməyə deyirdi ki, istintaqa yalan ifadə verib, Qriqoryan orda olmayıb. Onda mən dərinə gedib dedim ki, bax, Qalib belə deyirsən, başa düşürəm, amma mənə de görüm, əslində necə olub, həqiqəti söylə. Bundan sonra mənə etiraf edirdi, qəlbinin lap dərinliyindəki həqiqəti deyirdi. O zaman ona bildirirdim ki, o biri müttəhimlərdən qorxma, həqiqəti söylə, mən sənə böhtan at demirəm ki, olanı söylə, əgər qorxursansa, yazılı ifadə ver. Razılaşırdı, amma məhkəmədə vəziyyət dəyişirdi, ayrı şey deyirdi.

- Bəs ona kim təsir edirdi?

- Sualına cavab verməzdən əvvəl deyim ki, Əhməd Əhmədov hadisələrdən bir ay sonra həbs olunmuşdu. Onu çıxış üçün meqafonu əlindən aldığı adını xatırlamadığım bir nəfər satmışdı. Ondan sonra Əhmədovu gəlib evdə çimərkən aparmışdılar. Mən onun ifadələri ilə istintaq zamanı tanış olmuşam, bəli, ifadələrdə etiraf var idi. Əhmədov məhkəmə baxışında bu etiraflarını onunla izah etdi ki, ona istintaq zamanı deyiblər ki, etirafedici ifadə ver, əks təqdirdə səni ölüm hökmü gözləyir. Əgər etiraf edici ifadə versən, məhkəmə bunu nəzərə alıb gülləmə hökmü verməyəcək. Amma mən heç zaman deməmişəm ki, erməniləri öldürün, əşyalarını dağıdın və sairə. Mən demişəm ki, erməniləri qovun, çünki Ermənistandan bizimkiləri qovublar. Və Qarabağ Azərbaycanındır! Bilirsiniz, məhkəmədən 20 ildən çox vaxt keçib, ola bilər kimsə mənim dediklərimi başa düşməsin, amma keçirdiyim hissləri və prosesdə baş verənləri deməliyəm. Çünki həmin prosesin iştirakçılarından yalnız mən sağ qalmışam. Hələ də Əhməd Əhmədovun saf və cəsarətli sifəti gözlərim qarşısındadır. Bu illərdə nə qədər adamı qəhrəmanlaşdırdıq. Təsəvvür edin ki, 500 nəfərlik məhkəmə zalında 2-3 nəfər azərbaycanlı var idi, qalanları erməni idi. Başda Silva Kaputikyan olmaqla ermənilərin Moskvada yaşayan tanınmış alimləri, rəssamları, yazıçıları məhkəmədə iştirak edirdilər və hər gün yeniləri gəlirdi. Əhmədov onların qarşısında rus dilində özünü çox cəsarətlə və bacarıqlı şəkildə müdafiə edirdi. O, danışdıqca arada üzünü zala tutub deyirdi ki, Qarabağ Azərbaycanındır və heç vaxt Ermənistanın olmayıb. Bu sözü də rus dilində deyirdi. Onlar bunları eşidəndə gözləri iriləşirdi. Ümumiyyətlə, ermənilər Əhmədovun cəsarəti qarşısında mat qalmışdılar. O, çəkinmədən özünü müdafiə edirdi, çünki bilirdi ki, haqq yolundadır. Onu bir neçə dəfə dindirmişdilər, ancaq maraqlıdır ki, prosesdə bunları deməyə imkan vermədilər. Heç sual da vermirdilər ki, istintaqda dediklərin nə dərəcədə həqiqətdir və sairə. Çünki sərf etmirdi. Məsələ onda idi, məhkəmədə bunlar açılsaydı başda Azərbaycandan gedən ermənilər də ayılacaqdı ki, bu iki xalqı qarşı-qarşıya qoyurlar. Dinləyin, görün o, nə deyirdi. Əhmədov göstərirdi ki, işdən saat 3 radələrində çıxıb avtovağzala tərəf gələndə avtobusun üstündə bir nəfərin çıxış etdiyini gördüm. Həmin adam Ermənistanda necə döyüldüklərindən, öldürüldüklərindən, qollarının kəsilməklərindən, ailələrinin dağıldıqlarından danışırmış. Eşitdikləri onda vahimə yaradıb. Təsadüfən avtobusun içində diqqəti bir nəfərə cəmlənib ki, həmin adam sifətinin, xüsusən burnunun quruluşundan erməniyə oxşayırmış. Onda Əhmədov avtobusun pəncərəsinə yaxınlaşıb döyəcləyir ki, oturanlardan birinə həmin adamın erməniyə oxşadığını desin, amma cavab almadığından avtobus tərəfə gedib ki, qapını açsın. O zaman avtobusun üstündəki adam düşüb qabaq qapıdan minib, tez sürüb gediblər. Sonra o, kütlə olan tərəfə gedib və səsgücləndiricini alıb adamlara 41a məhəlləsində ermənilərin yaşadığını və onların qovulmasını deyib. Necə ki, onlar bizimkiləri qovublar, biz də erməniləri qovaq. Bundan başqa heç kimin öldürülməsini təkid etməyib. Bax, bunların heç biri məhkəmədə araşdırılmadı.

- Bəs Əhmədovun vəkili nədən onun istintaqdakı ifadəsini xatırlatmırdı?

- Vəkil qabarda bilərdi, amma o, bunları etmədi. Əslində, Yaşin çox yaxşı müdafiə edirdi. Amma sonra onu qorxutdular və o, fəal müdafiə etmədi.

- Onda onun 7 nəfəri öldürməsi haqqında iddia haradan ortalığa çıxdı?

- 7 nəfər bir ailənin üzvü idilər. Guya, Əhmədov, İsmayılov, Cəfərov və başqaları onları evdən çıxarıb vəhşicəsinə öldürüb, sonra yandırmışdılar. Amma məhkəmədə onların kim tərəfindən öldürülməsi sübut olunmadı. Təsəvvür edin ki, icraçıların kim olması sübut olunmadığından İsmayılov və Cəfərovun işini təkmilli istintaqa qaytardılar, ancaq təşkilatçı kimi Əhmədov tanındı. Sual yaranır, icraçı tapa bilmirsinizsə, Əhmədov kimi təşkil etmişdi, kimlərə göstəriş vermiş və kimlərə rəhbərlik etmişdi? Belə olduqda qanuni baxımdan hökm çıxartmaq olmaz. İkinci acınacaqlı hadisə onda oldu ki, məhkəməyə bir qanlı paltar gətirdilər, guya Əhmədovundur, amma geyindirmək istəyəndə onun əyninə olmadı. Hakim özü də bu vəziyyətdə çıxılmaz durumda qaldı. Çünki qarşı tərəf iddia edirdi ki, paltarın üstündəki qan Əhmədovun öldürdüyü ermənilərin qanıdır. Bilirsiniz, ona qarşı güllələnmə hökmünün səbəbi nə idi? Birinci onun özünü ləyaqətlə aparmasıydı.

- Ermənilər ona hədə-qorxu gəlmirdilər?

- Xeyr, kənar ermənilər söymürdülər, yalnız bir dəfə zərərçəkənlərin birinin oğlu ilə Əhmədov arasında söz toqquşması oldu. Həmin erməni qadın dedi ki, mənim ərimi sən öldürməmişən, onda bilirsən kim öldürüb, o, cavab verdi ki, mən haradan bilirəm. O zaman qadının oğlu ilə onun arasında mübahisə yarandı. Əhmədov heç nədən çəkinmirdi, suallara sərbəst cavab verirdi. Tanınmış ermənilər və prosesə yeni gələnlər iclas başlayanda biri-birindən Əhmədovun kim olduğunu soruşurdular. Çünki onlara xəbər çatmışdı ki, müttəhimlərdən biri özünü uşaq kimi aparmır, tam şüurlu, milli hisslərlə Qarabağın Azərbaycana məxsus olduğunu tez-tez vurğulayır. Ermənilər daima prosesi yarıda qoyub gedib SSRİ Ali Sovetin qarşısında mitinq edirdilər. Məsələn, bir dəfə Silva Kaputikyan ayağa qalxıb hakim Brizeyə dedi ki, Siz rüşvət aldığınız üçün işə ədalətli baxmırsınız. Bundan sonra zalı tərk etdi və onunla birgə ermənilər iclasdan getdilər. Onlar Ali Sovetin qarşısında aksiya keçirməyə gedirdilər. Bununla da proses dayandırılırdı. Ancaq əslində iclas dayanmamalı idi, çünki təqsirləndirilənlər, vəkillər, dövlət ittihamçısı və hakim prosesdə iştirak edirdisə 500 nəfər ermənin zalı tərk etməsinə görə iclası dayandırmaq qanuna ziddi idi. Bundan əlavə ermənilər məhkəmədə 13 bənddın ibarət vəsatət qaldırmışdılar, amma qəbul olunmadı. Vəsatətdə Sumqayıtda genosidin olması haqqında qərarın çıxarılması bildirilirdi. Bunun müqabilində məhkəmə 2 nəfərin işini geri qaytardı və iki gün sonra Əhmədova güllələnmə hökmü çıxartdı.

- Onun nə vaxt güllələndiyi bildirildimi?

- Biz Əhmədov haqqında çox gec xəbər tutduq. Onun atası bizim məsləhətxanaya məktub gətirmişdi. Məktubda yazılmışdı ki, oğlunuzun barəsində olan ölüm hökmü 1990-cı ilin aprelində icra olunub. Amma dəqiq tarix yadımda deyil.

- Qayıdaq “Qriqoryan işi”nə. Siz bu prosesdə kimi müdafiə edirdiniz?

- Qalib Məmmədovu. Onu əsasən kütləvi ixtişaşda iştirakda ittiham edirdilər.

- Həmin dəstənin başçısı və təşkilatçısının Qriqoryan olması sübut olundumu?

- Bəli.

- Necə oldu ki, Əhmədovun təşkilatçılığı sübut olunmadı, amma güllələnmə verdilər, təşkilatçılığı sübut edilən Qriqoryan isə 12 il azadlıqdan məhrum etmə cəzası aldı?

- Bilirsiniz, kütləvi ixtişaş elə şeydir ki, kütlə nizamsız hərəkət edir. Hərəkətin kim tərəfindən başlandığını, kim tərəfindən qurtardığını isə heç kim izləmir. İstintaqda 7 nəfər cəlb olunmuşdu və hamısı etiraf etmişdi ki, onları Qriqoryan Eduard Robertoviç təşkil edib. Qriqoryan onlara “batalyon za mnoy”, “əlimə yaxşı fürsət düşdü ki, ermənilərdən qisas alım” deyərək arxası ilə aparırmış. Həmin adamların bir neçəsi Qriqoryanla eyni binada yaşayırdılar.

- Onda onun erməni olduğunu bilmirdilər?

- Əlbəttə bilirdilər. Qriqoryanın anası rus, atası erməni idi, valideynləri ayrılmışdı. Amma arvadı Rima adlı erməni idi.
- Qriqoryanın ətrafındakılara psixoloji təsir edən dərmanlar paylaması və özü ilə olanlara “dubu idiot za mnoy” sözləri deməsi. Bunlar məhkəmədə açıldımı?

- Bəli. Ancaq həmin şəxslər onu etiraf etmədilər.

- Kim onlara təsir edirdi?

- Onlara naməlum adamlar başa salmışdı ki, sizi biri-birinizi ifşa edən ifadələr əsasında həbs ediblər, əgər məhkəmədə bu ifadələrdən qaçsanız olanları sübut edə bilməyəcəklər. Ona görə həmin müttəhimlərin hər biri istintaqdakı ifadələrinə uyğun olmayan ifadə verirdilər. İstintaqda müdafiə etdiyim Qalib Məmmədov Qriqoryanın təşkilatçı olduğunu təsdiqləyirdi. O, digər müttəhim Nizami Səfərovla qohum idi. Bilirsiniz, bu hadisələrdə başıpozuq, qeyri-sağlam gənclər çox olmuşdu, ancaq millətini sevən Əhmədov kimilər də heç nədən qurban getdilər.

- “Qriqoryan işi”nin dövlət ittihamçısı Aslan İsmayılov ANS-in bu barədə proqramında bildirmişdi ki, Qalib Məmmədovun yaxınları ondan kömək istəyiblər. O, da deyib ki, səmimi etiraf etsə, ona kömək edəcək. Bundan sonra Məmmədov Qriqoryanın onları yönəltdiyini, dərman verdiyini, onda ermənilərin siyahısının olduğunu etiraf edib. Ancaq bu zaman hakim Mənsur İbayev fasilə elan edib. Fasilədən sonra isə Məmmədov Aslan İsmayılovun təzyiqi nəticəsində o cür ifadə verdiyini bildirib…

- Ola bilsin ki, belə bir hadisə olub. Ancaq mən həmin vaxt eyni ilə Sumqayıt hadisələri ilə əlaqədar başqa bir zalda digər prosesə çıxdığımdan bir sıra məqamları unuda bilərəm. Amma Məmmədov həmin etirafları edib. Mən özüm də ona deyirdim ki, sən həqiqəti söylə. Əgər o, həqiqəti söyləsəydi, başqa cür olardı. Məsələ onda idi ki, o, məhkəməyə deyirdi ki, istintaqa yalan ifadə verib, Qriqoryan orda olmayıb. Onda mən dərinə gedib dedim ki, bax, Qalib belə deyirsən, başa düşürəm, amma mənə de görüm, əslində necə olub, həqiqəti söylə. Bundan sonra mənə etiraf edirdi, qəlbinin lap dərinliyindəki həqiqəti deyirdi. O zaman ona bildirirdim ki, o biri müttəhimlərdən qorxma, həqiqəti söylə, mən sənə böhtan at demirəm ki, olanı söylə, əgər qorxursansa, yazılı ifadə ver. Razılaşırdı, amma məhkəmədə vəziyyət dəyişirdi, ayrı şey deyirdi.

Əsədağa Abdullayev: “İzvestiya” və “Pravda” qəzetlərinin 23, 24 və 25 tarixli saylarında qışıdırıcı xəbərlər çap olunmuşdu”

“Azərbaycan” qəzetinin 1 aprel sayında “Sumqayıt hadisələrinin planını cızanlar və icraçılar kimlər olub” başlığı ilə dərc olunan dəyirmi masanı oxuduqda utanc hisslərindən qurtulmaq çətin olur. Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəsmi nümayəndəsi daxil olmaqla şəhər fəallarının iştirak etdiyi toplantıda iki çıxış istisna olmaqla qalan fikirlər standart cümlələrdən və pafosdan uzağa getmir. Bir anlıq düşünürsən, əgər rəsmi mətbuatda bu cür təbliğat qurulursa, vay bizim halımıza. Beləliklə, bunları nəzərə alıb 22 il əvvəl baş verən Sumqayıt hadisələri ilə əlaqədar araşdırma apardım. Təəssüf ki, danışmalı adamların əksəriyyəti həyatda yoxdur, bir qismi isə susmağa üstünlük verir. Ancaq bir nəfər, o dövrdə hadisələrin şahidi və məhkəmə proseslərində vəkillik edən Əsədağa Abdullayevlə söhbətləşə bildik. Bu sətirlərdən sonra heç bir şərh vermədən söhbətimizi olduğu kimi oxucuların diqqətinə çatdırırıq.

- Əsədağa müəllim, 1988-ci ilin fevralında baş verən Sumqayıt hadisələrinin həm iştirakçısı, həm də həbs olunanların bəzilərinin vəkili olmusunuz. Ən əsası Siz Moskvada keçirilən məhkəmə prosesində vəkillik edən yeganə şahidsiniz. Məlum hadisələrlə bağlılığınız necə başlandı?

- Mən həmin illərdə Sumqayıt Hüquq Məsləhətxanasında vəkil işləyirdim və məlum hadisələrin şahidi olmuşam. Belə ki, səhv etmirəmsə, fevralın 27-də, həftənin şənbə günü idi, mən Bakıdan Sumqayıta qayıdırdım. Çünki hər şənbə Bakıya gedib indiki “Hyatt Recens” otelinin yaxınlığından kitab dükanından kitablar alırdım. Elə oldu ki, gəlib avtovağzaldakı “Düşbərə” kafesində oturub qəlyanaltı edəndə xidmətçi dedi ki, bir qədər əvvəl 200-ə yaxın adam partiya komitəsinin (indiki icra hakimiyyətinin binası-N.C) qarşısına gedirdi. Bu, o dövrdə görünməmiş hadisəydi, soruşanda ki, “nə məsələdir” elə həmin adamların geri qayıtdığını gördüm. Kafedən çıxıb camaata qoşuldum ki, görüm bunlar nə istəyir?! Elə onlarla da 4-cü mikrorayona, “Kimyaçılar” sarayına tərəf irəliləməyə başladım.

- İzdiham kimlərdən ibarət idi əsasən?

- Əsasən 15-16 yaşlı uşaqlar idi. Mərkəzdə və kənarlarda 3-4 iri adam birgə gedirdi. Onlara baxanda belə təəssürat yaranırdı, uşaqları onlar idarə edir. Bu adamlar maşınları saxlayıb sürücülərin erməni olub-olmadıqlarını öyrənirdilər. Onlar üçüncü mikrorayona doğru irəliləyib iri ərzaq dükanını və qəzet köşkünü daşa basdılar. Onlardan ayrılıb yaxınlıqdakı mənzilimə getdim. Evdə bir qədər oturmuşdum ki, həyətdən “ermənilərə ölüm!” və başqa şüarlar eşitdim. Bu məqamda qapıbir erməni qonşum Jenya qapımı döydü. Mən onun sifətindəki həyəcanı görüb evə dəvət etdim. Ancaq o, xahiş etdi ki, Siz bizə gəlsəniz yaxşı olar. Keçdim onların evinə, heç bir neçə dəqiqə ötməmiş bir oğlan uşağı qapını döyüb bu mənzildə erməni yaşadığını bildirdi. Mən ona yalan söylədiklərinin, mənzilin sahibinin özüm olduğunu deyib qapını örtdüm. Jenyanın 26 yaşında bir oğlu vardı. Gecə yarıya qədər onlarda oturdum, ona təklif etdim ki, tanış maşın var, çağırım Sizi təhlükəsiz yerə aparsın. Oğlu razılaşıb çox təkid etsə də, Jenya razılaşmadı və yaxın qohumunun səhər gəlib onları aparacaqlarını bildirdi. Elə də oldu, o, əşyalarının bir hissəsini mənim evimə qoydu, bir ay sonra isə Cermuxa köçdü. Bunları ona görə xatırlatdım ki, ermənilər Sumqayıt hadisələrini bəhanə etməsin. Ertəsi gün, fevralın 28-də fəallıq daha çox oldu. O gün artıq ermənilərin şəhərdən çıxarılması, qırğınların olması və ordunun yeridilməsi xəbəri yayılmışdı. Amma hadisələr başlanmazdan əvvəl Sumqayıtda şayiələr başlamışdı, konkret İvannikov soyadlı vəkil (o, sonralar haqqında güllələnmə hökmü çıxarılan Əhməd Əhmədovun istintaqda vəkili oldu) partiya komitəsinin binası qarşısından hüquq məsləhətxanasına gəlib deyirdi ki, bir avtobus meyit gətiriblər, onların da içində Ermənistandan gəlmiş qaçqın adamlar var idi. Bir nəfər qızının kəsilmiş döşünü göstərərək deyirdi ki, baxın, bu, mənim qızımın kəsilmiş döşüdür, ermənilər edib. Yaxud bir başqası deyirdi ki, o, “Aptek”də bir azərbaycanlını alnına bıçaqla xaç çəkilmiş şəkildə görüb. Bax, beləcə şəhərə şayiələri yaydılar və daha çox texniki peşə məktəblərinin uşaqlarını bunun vasitəsi ilə qızışdırdılar. Ondan sonra hərəkət verən qüvvələr kənarda qaldılar və bəzi naməlum adamlar qadınlara qarşı nalayiq hərəkətlər və başqa şeylər etdilər. Bilirsiniz, Sumqayıt beynəlmiləl şəhər olub, mən özüm orada yaşamağa başlayanda təəccüb edirdim ki, binanın üstündə Məmməd, Aşot və Mixail yazılıb. Ukrayın, rus, erməni və bizimkilər çox mehriban qonşuluq edər, biri-birinin xeyrinə, şərinə gedərdilərsə, yerli sumqayıtlılar bu cür vəhşi hərəkətlər edə bilməzdilər. Ona görə 27, 28 fevral hadisələrinin baş verməsi adamı dəhşətə gətirməklə bərabər xeyli sualları ortalığa çıxartdı.

- Ümumiyyətlə, o vaxta qədər həm mərkəzi, həm də yerli mətbuatda bu barədə nəsə yazılırdımı?

- Bəli, konkret mərkəzi mətbuatda yazılmışdı. Məsələn, hadisələr fevralın 27-də başladı, amma “İzvestiya” və “Pravda” qəzetlərinin 23, 24 və 25 tarixli saylarına nəzər salsanız görərsiniz ki, 1-ci səhifənin yuxarı hissəsinin sağ tərəfində Ermənistanda azərbaycanlılara qarşı fiziki təzyiqlərin olması və qovulması haqqında kiçik məlumatlar dərc olunub. Əgər həmin informasiyaları oxusanız, görəcəksiniz ki, qızışdırıcı səciyyə daşıyır. Bu faktın özü iki millət arasında nifaq salmaq məqsədinin olduğunun göstəricisidir.

- Bəs Siz vəkil olaraq təqsirləndirilənləri necə müdafiə etdiniz?
- Bizim işimiz elə idi ki, ya dövlət hesabına təyinat olurdu, yaxud vətəndaş müraciət edirdi. Mən bu hadisələrlə bağlı ilk məhkəmə prosesində Yaşar Qəribovu müdafiə etdim. Onu avtovağzal ərazisində Sərkisyan familiyalı erməninin barmağını dəmir alətlə vurub qoparmaqda ittiham edirdilər. Guya, hərbiçilər həlqə düzəldiblər, amma o, tullanaraq dəmir stulun ayağı ilə erməninin barmağını qırmışdı. Əslində isə bu iddianın yalan olduğu məhkəmədə aşkarlandı, təsəvvür edin ki, Yaşara qarşı 11 hərbçi ifadə vermişdi. O zaman “İsmayılov işi” adlanan prosesdən sonra bu, ikinci iş idi. “İsmayılov işi”ndə təqsirləndirilən İsmayılov 15 il azadlıqdan məhrum edildi. Onun vəkili yuxarıda adını çəkdiyim İvannikov olmuşdu. İkinci işdə təqsirləndirilən şəxs bir nəfər idi, dövlət ittihamçısı da rəhmətlik İsmət Qayıbov idi. Bir neçə il sonra İsmət müəllim Yaşar Qəribovun əfvə salınmasına kömək etdi və onların mənzil problemini də aradan qaldırdı.

- Siz hansı arqumentlərlə 11 hərbçinin ifadəsinin yalan olduğunu əsaslandıra bilərsiniz?

- Birincisi, hərbiçilərin ifadələri ziddiyyət təşkil edirdi. İkinci, onların bir çoxu məhkəməyə gələndə istintaqa yalan ifadə verdiklərindən dediklərini yaddan çıxarmışdılar. Məsələn, hərbçilərdən biri dedi ki, Sərkisyan ona deyib ki, gör barmağımı necə kəsiblər. Həmin hərbçi iclasa gəlməzdən əvvəl mən Sərkisyandan soruşdum ki, kiməsə kəsilmiş barmağını göstəribmi? O, “xeyr” cavabını verdi. Sonra hərbçi bunları deyəndə, mən Sərkisyanın ifadəsini xatırlatdım, amma zərərçəkən yerindən sözlərini geri götürdüyünü dedi. Daha sonra məhkəmədə 15 yaşlı şahid Sabir Əliyev var idi, o, Yaşarla bir yerdə oxumuşdu və əsas onun ifadəsinə istinad edirdilər. Sabir Əliyev istintaqda ifadə vermişdi ki, Yaşar daş, dəmir atırdı. Amma mən torpaq atırdım. Buna görə onu həbs etməmişdilər. Aydın məsələ idi ki, ona deyiblər ki, işini yüngülləşdirmək istəyirsənsə, torpaq atdığını və Yaşarın yanında olduğu söylə. Maraqlıdır ki, Sabir Əliyev məhkəmədə ifadəsindən qaçdı və onu belə ifadə verməyə məcbur etdiklərini bildirdi. Sual olundu ki, kim məcbur edib, cavab verdi ki, müstəntiq. Bilirsiniz, bu işlərdə müstəntiqlər sübutları təqsirləndirilənləri bir-birinə qarşı qoymaqla əldə edirdilər.

- Müstəntiq kim idi?

- Brundukov familiyalı müstəntiq idi. Ona sual verdilər ki, axı səni müəlliminin iştirakı ilə dindiriblər, amma cavab verdi ki, yox, müəlliminə çöldə gözləməyi məsləhət görüblər, sonra onun ifadəsini müəlliminə imzaladıblar. Sabir Əliyevə prosesdə çox sual verdilər ki, daşı, torpağı harada atdın, ancaq o, tamam fərqli cavablar verdi. Sabir dedi ki, o, Yaşarla yolda ayrılıb və hadisələrdə də olmayıb, sadəcə belə ifadə verməyə məcbur ediblər. Hakim təkrarən ona əvvəlki suallara verəndə mən məhkəməyə etiraz etdim. Bildirdim ki, o, ifadəsinin məcburi qaydada yazdırıldığını söyləyir, amma yoldaş hakim Tatyana Zabrannaya, Siz qanuni hökm çıxara bilməzsiniz, çünki qorxursunuz. Ona görə ki, SSRİ baş prokurorunun müavini Katusev ittiham aktını təsdiqləyibsə, Siz də ondan qorxursunuz. Ancaq mənim etirazım təmin edilmədi və heç nə sübut olunmasa da Yaşar 6 il azadlıqdan məhrum olundu. Bir məqamı vurğulayım ki, bu proses 1988-ci ilin may ayında keçirilirdi, iclaslarda xarici jurnalistlər də iştirak edirdi. Maraqlıdır ki, Az.TV-də o zaman yayımlanan “İnsan və qanun” proqramı məhkəmə iclaslarını bütövlükdə çəkirdi. Bəlkə də mərkəzi televiziyanın arxivlərində nələrsə qalıb.

- Bəs Moskvada keçirilən prosesə necə qatıldınız və kimin vəkili idiniz?

- Mən Yavər Cəfərovun vəkili idim. Onun atası müraciət etmişdi, proses oktyabr-noyabr aylarında 37 gün davam etdi. Ödəniş çox cüzi idi, yol puluma güclə çatdı, qardaşım bir az kömək etdi. Bütün bunlardan əvvəl müqavilə bağlandı və ittiham elan olunanda mən istintaqda işləməyə başladım. O zaman SSRİ Prokurorluğunun Azərbaycanda istintaq qrupu yaranmışdı. Qrupa Rusiyanın müxtəlif şəhərlərindən müstəntiqlər cəlb olunmuşdu.

- Onların arasında erməni var idimi?

- Xeyr. Amma azərbaycanlılar var idi, məsələn Səyavuş Hacıyev, Niyazi Süleymanov və başqaları. Onlar yaxşı müstəntiqlər idi. “Qriqoryan işi”nin müstəntiqlərindən olublar. Qayıdaq Moskva işinə, biz əvvəlcə məhkəmənin harada keçiriləcəyini bilmirdik. SSRİ Ali Məhkəməsi işi icraata qəbul edəndə SSRİ Ədliyyə Nazirliyi Azərbaycan Ədliyyə Nazirliyinə vəkil göndərmək üçün müraciət etmişdi. Əslində SSRİ Ali Məhkəməsi işi birinci instansiyada öz icraatına qəbul etməklə millətlər arası münasibətləri daha da qızışdırdı. Çünki işə qanuna zidd baxıldığından bu, Azərbaycanda etirazla qarşılandı. Qayıdaq söhbətimizin əvvəlinə, o zaman üç vəkil – Aleksandr İvanoviç Yaşin, Züleyxa Sadıxova və məni Ali Məhkəmənin sədri Hüseyn Talıbovun qəbuluna dəvət etdilər. Hazırda Züleyxa xanım və Yaşin dünyalarını dəyişiblər. Yaşin Əhməd Əhmədovun, Züleyxa Sadıxova İsmayılovun, mən isə Cəfərovun vəkili idim. Hüseyn müəllim bizi Vəkillər Kollegiyasının sədri Salmanovun iştirakı ilə qəbul etdi. Hüseyn Talıbov bizə məsləhət verdi ki, emosiyalara, siyasi məsələlərə qapılmayaq, yalnız müdafiə işlərinə diqqət yetirək. Bu məqamda mənim gözümə onun masasının üzərində Moskvadan göndərilən məktub sataşdı. Məktubun sonunda “İş SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin nəzarəti altındadır” yazılmışdı. Onda anladım ki, məsələ ciddidir. Beləliklə, təyin olunmuş vaxtda Moskvaya getdik, bizə “Mehmanxana”da yer verdilər və İsmayılovla Cəfərovun işi başa çatana qədər orada qaldıq. Elə oldu ki, bu iki nəfərin işində ziddiyyət olduğundan yenidən istintaqa qaytarıldı və onlara Bakıda şərti cəza verildi. Belə olduqda Əhməd Əhmədov qaldı. Bir məqamı vurğulayım ki, istintaq və məhkəmə dövründə Əhmədovun üç vəkili olmuşdu. İvannikovu xatırladım, sonra vəkil Kərimov, Yaşin isə üçüncü vəkil idi.

- Əhmədovun vəkillərinin tez-tez dəyişdirilməsi məqsədli idi, yoxsa təsadüf?

- Əvvəla, vəkillər ittihamın ağırlığını gördülər. Çünki Əhmədovu kütləvi ixtişaşın və 7 nəfərin öldürülməsinin təşkilatçısı kimi ittiham edirdilər. Həm də istintaqda etiraf edici ifadələr olduğundan və ölüm cəzasının gözlənildiyini bildiklərindən heç bir vəkil belə işin altına girmək istəmirdi.

- Yəni Əhmədovun ifadələrində etiraf edici məqamlar var idimi?

ARDI VAR…

MƏNBƏ : “Bizim Yol ” qəzeti

Facebook Şərhləndirmə:

Şərhinizi yazın