Menu
Geri İrəli

Ən çox təcavüz olan ölkələr – KİŞİLƏRİN QƏRİBƏ ETİRAFLARI

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Sentyabr 2013 • Baxış sayı: 165 dəfə • Şərh yoxdur
Asiya-Sakit Okean regionunda kişilərin demək olar ki, dörddə biri həyatlarında bir dəfə də olsa, mütləq təcavüz ediblər.
Publika.Az-ın məlumatına görə, yeni aparılan araşdırma bunu deyib.
Belə ki, bu region sakinləri arasında aparılan sorğuda respondentlərin yarıdan çoxu kiməsə təcavüz etdiklərini etiraf ediblər. Amma əksəri bə hərəkəti yeniyetmə yaşlarında etdiyini deyib.
Araşdırma altı ölkədə – Banqladeş, Çin, Kamboca, İndoneziya, Papua Yeni Qvineya və Şrilankada aparılıb.
Məlum olub ki, kişilərin 10%-i ən azı bir dəfə partnyoru olmayan şəxslərə təcavüz edib. 25% kişi isə partnyorlarına qarşı zorakılıq ediblər. 75%-i bu hərəkətini seksual cəhətdən istəkləri ilə bağlayıb. Qalanları isə bunu sadəcə əyləncə üçün etdiklərini bildiriblər.
Birləşmiş Millətlər Təşkilatının dəstəyi ilə keçirilmiş araşdırma 10.000 kişi və 3000 qadın arasında aparılıb. Respondentlər 18-49 yaş arası olublar. Bu araşdırma olduqca mühümdür, çünki Asiya-Sakit Okean regionu dünyanın yarıdan çox əhalisinin yaşadığı ərazidir. Proqramın koordinatoru Doktor Emma Fulu deyib:
“Bizdə ilk dəfədir ki, bu səviyyədə zorakılıq hesabatları alınıb. Bu o deməkdir ki, zorakılıq bizim düşündüyümüzdən daha çoxdur. Zorakılığa meyllilik isə insanlarda daha erkən yaşlarda başayır”.
Uşaqlıqda psixoloji və seksual zorakılığa məruz qalan kişilər sonralar özləri də bunu başqalarına qarşı təkrar edirlər. Fulu deyib:
“Bu kişilərin uşaqlıqda məruz qaldıqları fiziki və ya seksual zorakılıqla bağlı deyil. Bu onların böyüdükləri mühitlə bağlıdır. Biz onlara haqq vermirik, amma həm də o insanların həyatını öyrənməyə və onları başa düşməyə ehtiyacımız var”.
Sorğu anonim aparılıb və respondentlərə həssas suallar verilib. Araşdırmaçılar “zorakılıq” və “təcavüz” sözlərindən daha az istifadə etməyə çalışıblar. Onlar sualı belə veriblər:
“Siz heç arvadınız və ya sevgiliniz olmayan bir qadını sizinlə sevişməyə məcbur etmisiniz?” və ya “nə vaxtsa, narkotik maddə və ya spirtli içki təsiri altında olan qadınla onun istəyinin əleyhinə sevişmisiniz?”
Papua Yeni Qvineyada Buqanvill ən çox zorakılıq olan ərazidir. İştirakçıların 62%-i təcavüz etdiklərini boyunlarına alıblar. Onların dörddə birindən çoxu isə bunu keçən il etdiklərini deyiblər.
Ən aşağı zorakılıq səviyyəsi isə Banqladeşdə müəyyən edilib. Orada 9.5% təcavüz faktı var.
Gülər

Facebook Şərhləndirmə:

Şərhinizi yazın