Menu
Geri İrəli

“Amrahbank” artıq Sumqayıtdadır

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Dekabr 2009 • Baxış sayı: 444 dəfə • 1 şərh

6569“Amrahbank”ın Sumqayıt şəhəri Heydər Əliyev prospekti 11/18 ünvanında yeni filialı fəaliyyətə başlayıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, açılış mərasimində iştirak edən bankın İdarə Heyətinin sədri Emil Məmmədov bildirib ki, Sumqayıt filialının açılışını bankın regionlar üzrə layihələr mərhələsinin başlanğıcı kimi adlandırmaq olar.
Onun sözlərinə görə, müsbət bir haldır ki, “Amrahbank” iqtisadi böhran və yerli bank bazarının nisbətən sakitləşdiyi bir dövrdə uğurla bir sıra layihələri həyata keçirir”.
Qeyd edək ki, “Amrahbank” Azərbaycan bankları arasında ən mənfəətli (31 dekabr 2008-ci il tarixinə kapitalın gəlirlilik göstəricisinə görə birinci üçlükdə), Bakı şəhəri və regionlar üzrə ən geniş filiallar şəbəkəsinə və ən yüksək kapital bazasına malik olan banklardan biridir.
Bankın hal-hazırda Bakı şəhəri və regionlar üzrə 21 filialı və şöbəsi, o cümlədən regionlar üzrə 4 filialı (Gəncə, Tovuz, Masallı, Lənkəran) fəaliyyət göstərir.
Bu ilin sonuna qədər bank 3 yeni filialını, o cümlədən Biləsuvar və Bərdə şəhərlərində 2 filialını açmağı planlaşdırır.
Bir qədər əvvəl Bəhreyndə yerləşən və hazırda Bankın səhmlərinin 49 faizinə sahib оlan Beynəlxalq İnvestisiya Bankı ilə əldə edilmiş strateji əməkdaşlıq bankın fəaliyyətinin bir çоx sahələrinin inkişafına, o cümlədən kоrpоrativ idarəetmə sisteminin, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafına, Bankın xidmət və məhsullarının keyfiyyətinə təkan verib.

Mənbə: ANSPRESS

Facebook Şərhləndirmə:

““Amrahbank” artıq Sumqayıtdadır” yazısına bir cavab

  1. Gunel deyir:

    goresen meni ora ishe goturerler gerek ora da CV gonderim onsuz gondermediyim yer qalmayib :) ))))))

Şərhinizi yazın