Menu
Geri İrəli

“GƏNCLƏR FƏALİYYƏTDƏ” PROQRAMININ SUMQAYITDA TƏQDİMATI KEÇİRİLDİ

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Dekabr 2010 • Baxış sayı: 451 dəfə • Şərh yoxdur
Share Button

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi Avropa Tələbələr Forumu-Sumqayıt İctimai Birliyi ilə birgə 18 dekabr 2010-cu il tarixində Sumqayıt İnformasiya Texnologiyaları Akademiyasında “Gənclər Fəaliyyətdə” 2007-2013-cü illər üzrə Avropa Komissiyasının Gənclər Proqramı haqqında təqdimat təşkil etmişdir. Tədbirdə çıxış edən Baş İdarənin gənclərlə iş sektorunun müdiri Rüstəm Sadıqzadə iştirakçıları salamlayaraq tədbirin mahiyyəti haqqında məlumat vermişdir.
Sonra “Gənclər Fəaliyyətdə” 2007-2013-cü illər üzrə Avropa Komissiyasının Gənclər Proqramının Azərbaycan üzrə informasiya koordinatoru Fariz Nehmətov proqram haqqında təqdimat keçirmişdir. Fariz Nehmətov təqdimatda proqramının ölkələr və gənclər qrupları üzrə əhatə dairəsi, proqraminin şərtləri, prioritetləri, tələbləri, ölkə gənclərinin faydalanma imkanları, proqram çərçivəsində gənclər mübadiləsi və Avropa Könüllük Xidməti haqqında iştirakçılara geniş məlumat vermişdir. Təqdimatdan sonra Fariz Nehmətov iştirakçıların suallarını cavablandırdı və mövzu ətrafında müzakirələr aparıldı. İsmayıl Kərimov

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın