Menu
Geri İrəli

“Vətəndaş Jurnalistikasi” ilə bağlı təlim keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Fevral 2010 • Baxış sayı: 394 dəfə • Şərh yoxdur

13Fevralın 21-i “Vətəndaş Jurnalistikası” ilə bağlı Sumqayitda Gənc jurnalistlər, media və QHT nümayəndələri üçün təlim keçirilmişdir.Təlim İREX mediaya yardım Layihəsi  Sumqayit Icma Məlumat Mərkəzi tərəfindən həyata keçirilmiçdir.Təlimi giriş sozü ilə açan IREX Sumqayıt İcma Məlumat mərkəzi administratoru Günel Rəcəbova İREX təşkilatının fəaliyyəti haqqında geniş söhbət açaraq təlimi davam etdirmək üçün sözü Azadliq radiosunun müxbiri Çingiz Maarifoğluna verdi. Cingiz Maarifoğlu vətəndaş jurnalistikası və onun bir qolu olan media jurnalistikası mövzusu haqqında məlumat verdi. Bu gün aktual olan vətəndaş jurnalistikası gələcəkdə professional jurnalistikaya rəqib və ya köməkçidir?vətəndaş jurnalistikasının üstünlükləri?öz çıxışında bu və digər suallara aydinlıq gətirərək gənc jurnalistlərin suallarını cavablandırdı. Daha sonra IREX təşkilatının nümayəndəsi Vüqar Məmmədov çıxış edərək vətəndaş jurnalistlərinin lentə aldığı video görüntülər və onların internetdə yerləşdirilməsi  ilə bağlı ətraflı məlumatları iştirakçılarla bölüşdü.Təlimdə sumqayıt şəhərinin media nümayəndəri, online qəzet olan-sumqayitxeber.com saytı, 168saat ,günəşli sabah ,yuksəliş naminə qəzetlərinin müxbirləri, dünya televiziyasının əməkdaşları, jurnalitika fakultəsində təhsil alan gələcəyin gənc jurnalistləri iştirak edirdi. Tədbirin sonunda iştirakçılarla xatirə şəkili çəkdirən Maarif  çingizoğlu bu görüşdən məmnunluğunu bildirərək təşəkkür etdi.

DSCN1368

Facebook Şərhləndirmə:

Şərhinizi yazın