Menu
Geri İrəli

Sumqayıtda 12 noyabr – konstitusiya gününə həsr edilmiş test-müsabiqə keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Noyabr 2013 • Baxış sayı: 177 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi Təhsil Şöbəsilə birgə 12 Noyabr – Konstitusiya Günü münasibətilə 11 noyabr 2013-cü il tarixində Təhsil Şöbəsinin konfrans zalında ümumtəhsil məktəblərin X-XI sinif şagirdləri arasında “Konstitusiya və biz” adlı test-müsabiqəsi keçirilib.

musabiqe

Təhsil Şöbəsinin müdür əvəzi Azərbaycan Respublikasının Əməkdar Müəllimi Vaqif Ələkbərov sistemli şəkildə hər il keçirilən tədbirin məqsədi və mahiyyətindən danışmışdır.

Daha sonra Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdüri Rüstəm Sadıqzadə müsabiqənin qaydalarını izah edərək iştirakçılara uğurlar arzulamışdır.

Sonra şagirdlər təqdim edilmiş iyirmi beş sualı qırx beş dəqiqə müddətində cavablandırmışdır.

Baş İdarənin, Təhsil Şöbəsinin əməkdaşlarından, mütəxəssislərdən ibarət münsiflər heyətinin qərarına əsasən 26 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Ziya Şivəxanov və 23 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Gülənbər Abbasova I yerə, 22 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Məhəmməd Əbdüləzizov II yerə, 10 saylı orta məktəbin 11-ci sinif şagirdi Rafail Qasımzadə, 25 saylı tam orta məktəbin 10-cu sinif şagirdi İnci Abbasova, TTEL in 10-cu sinif şagirdi Şamil Əliyev, 4 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Elnur İsmayılzadə  isə III yerə layiq görülmüşdür. Onlara Baş İdarənin Fəxri fərmanları və hədiyyələri, müsabiqənin bütün iştirakçılarına “Azərbaycan Respublikasının Konstitusiyası” təqdim olunmuşdur.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın