Menu
Geri İrəli

25 yaşlı “avtoş” bıçaqlandı

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Sentyabr 2014 • Baxış sayı: 752 dəfə • Şərh yoxdur

65849

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib. 

Şəhər Polis İdarəsindən lent.az-a verilən məlumata görə, 25 yaşlı Zaur Əliyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun bədənində 4 kəsilmiş-deşilmiş xəsarət aşkarlanıb. Bildirilir ki, Z.Əliyev Sumqayıtda özünə məxsus olan qara rəngli “VAZ 2107” markalı avtomobilə taksi fəaliyyəti göstərir. O, həm də Sumqayıtda “avtoş” kimi tanınır. Hadisə də Z.Əliyevə məxsus avtomobilin yaxınlığında baş verib. Hazırda 25 yaşlı sürücünü bıçaqlayan şəxsin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində iş aparılır.

 

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın