Menu
Geri İrəli

Azərbaycan kimyaçıları 28 May – Respublika gününü silsilə tədbirlərlə, geniş və təntənəli şəkildə qeyd etmişlər

Müəllif: sumqayitxeber.com • Tarix: 1 İyun 2012 • Baxış sayı: 266 dəfə • Şərh yoxdur

Xalqımızın uzun illərdən sonra ilk dəfə  olaraq 28 may 1918-ci ildə əldə etdiyi azadlıq və dövlət müstəqilliyi ilə bağlı «Azərikimya» İstehsalat Birliyinin müəssisələrində təşkil olumuş silsilə tədbirlərin davamı və son mərhələsi olaraq Birliyin baş ofisində kimyaçıların və şəhər ictimaiyyəti nümayəndələrinin, məktəblilərin iştirakı ilə rəngarəng və yaddaqalan tədbir keçirilmişdir.

Azərbaycanın nikbin ovqat, gələcəyə inam və qələbə hissi oyadan Dövlət Himni səs­lən­dirildikdən sonra ölkəmizin azadlığa, müstəqilliyə doğru aparan yollarını, tarixin acılı-şirinli anlarını və bugünkü dirçəliş, intibah dövrünü əks etdirən videosüjet nümayi­ş etdiril­mişdir. Tədbirdə çıxış edənlər qədim tarixə malik xalqımızın uzaq və yaxın keçmişindən, azadlıq və müs­tə­qillik uğrunda mübarizəsindən, sivil və demokratik bir cəmiyyət qurmaq idealla­rından, Ulu öndər Hey­­dər Əliyevin və onun layiqli davamçısı olan ölkə Prezidenti İlham Əliyevin Azər­baycanın müstəqil bir dövlət kimi formalaşmasında və möhkəmlən­mə­sində, iqtisadi cə­hət­dən qüdrətli bir ölkəyə çevrilməsində rolundan geniş söhbət açmışlar.

 «Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev öz çıxışında kimyaçıları, bütün tədbir iştirakçılarını Azərbaycan tarixinin ən əlamətdar günlərindən olan Respublika günü münasibətilə təbrik etmiş, xalqımızın azadlıq və istiqlaliyyət uğrunda çoxəsrlik mübarizəsinin nəhayət ki, 1991-ci ildə yenidən qələbə ilə nəticələnməsi, Vətənimizin sabahı üçün nikbinlik vəd edən bu günümüzün nailiyyətləri, Azərbaycanın bütün dünyada həm iqtisadi, həm də hərbi-siyasi baxımdan güclü bir dövlətə çevrilməsi ilə bağlı fikirlərini söyləmişdir.

Çıxış edənlər hər bir azərbaycanlının bu gün öz səylərini maksimum dərəcədə dövlə­timizin daha da möhkəmlənməsinə və güclü olmasına yönəltməsinin, bütün xalqımızın va­hid bir ideya ətrafında daha sıx birləşməsinin vacibliyindən söhbət açmışlar.  Əsas diqqət Azər­baycanın bu günkü yüksək iqtisadi sıçrayışında, bütün əldə olunmuş nailiyyətlərdə da­hi rəhbər Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğuna, xalqımızın daha xoşbəxt gələ­cə­yi ilə bağlı onun arzu və istəklərinin reallığa çevrildiyinə, Ulu öndərin dəfələrlə və qətiyyətlə söylədiyi kimi Azərbaycanın müstəqilliyinin əbədi, sarsılmaz və dönməz olduğuna yönəl­dilmişdir.

Tədbirdə ölkə neftçilərinin böyük və şərəfli ailəsində kimyaçıların da respublika iqtisa­diy­yatının gücləndirilməsində fəal rolu, Azərbaycanı dünyanın inkişaf etmiş ölkə­lərindən biri­nə çevirmək yolunda ölkə başçısının vətənpərvərlik təşəbbüslərinin həyata keçirilmə­sində bütün potensialı səfərbər edərək, ümumi inkişafa daha çox dəstək ver­məli olduqları vurğulanmışdır.

Tədbirin sonunda «Kimyaçı» Mədəniyyət sarayının musiqiçilərinin və şəhərin 11 saylı orta məktəbinin kiçik istedadlarının iştirakı ilə geniş və maraqlı konsert proqramı təqdim olunmuş, daha sonra isə tədbir iştirakçıları Azərbaycanın yeni dövrünün müasir və güclü sənaye şəhəri olan Sumqayıtın tarixini əks etdirən zəngin və maraqlı ekspo­natların toplanılaraq nümayiş etdirildiyi «Sumqayıtın tarixi» muzeyinə kollektiv baxış keçirmişlər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın