Menu
Geri İrəli

4 Azərbaycan vətəndaşı İstanbulda 1 milyon dollarlıq telefonla tutuldu

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Noyabr 2013 • Baxış sayı: 172 dəfə • Şərh yoxdur

Türkiyənin Gömrük və Ticarət Nazirliyinin Gömrük Mühafizə Xidmətinin əməkdaşları İstanbulun Atatürk hava limanında 4 Azərbaycan vətəndaşından külli miqdarda son model mobil telefon müsadirə edib.

Virtualaz.org saytı Türkiyə qaynaqlarına istinadən xəbər verir ki, həmin şəxslər 2 min ədəd cib telefonunu bağlamalarda qaçaq yolla Türkiyə ərazisinə keçirməyə cəhd edərkən saxlanılıblar.

Gömrük və Ticarət Nazirliyindən verilən yazılı açıqlamada deyilir ki, telefon qaçaqmalçılarını mülki geyimli gömrük əməkdaşları saxlayıb. Məlum olub ki, onlar hər hansı gömrük bəyannaməsi göstərmədən telefonla dolu bağlamaları Atatürk aeroportundan çıxararaq İstanbula doğru istiqamət almaq istəyib.

Gömrük əməkdaşlar həmin şəxsləri saxlayıblar və onların bağlamalarından 2 min ədəd son model telefon aşkar olunub. Telefonların ümumi dəyərinin 2 milyon lirə, yaxud 1 milyon dollardan yuxarı olduğu bildirilir. Saxlanılanlar barəsində qaçaqmalıçılıq ittihamı ilə araşdırma başladılıb.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın