Menu
Geri İrəli

4 gün iş olmayacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Avqust 2013 • Baxış sayı: 198 dəfə • Şərh yoxdur

Avqustun 8 və 9-u Azərbaycanda Ramazan bayramı qeyd olunacaq. APA-nın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, bayramla əlaqədar olaraq gələn həftənin cümə axşamı və cümə günləri Azərbaycanda qeyri-iş günüdür.

 

Bayram günləri həftənin sonuna düşdüyündən, şənbə və bazar günləri də nəzərə alınmaqla Azərbaycanda 4 gün iş olmayacaq.

 

Nazirlər Kabinetinin qərarı ilə 15 və 16 oktyabr tarixləri isə Qurban bayramı günü kimi qeyd ediləcək. Qanunvericiliyə uyğun olaraq, həmin günlər də iş günü hesab edilmir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın