Menu
Geri İrəli

ABŞ səfiri Sumqayıtda – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Mart 2016 • Baxış sayı: 752 dəfə • Şərh yoxdur

ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta martın 2-də Sumqayıta səfər edib.

AZƏRTAC xəbər verir ki, şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovla keçirilən görüşdə Sumqayıtın tarixi haqqında məlumat verilib, sosial-mədəni, iqtisadi inkişafından danışılıb.

Sonra amerikalı diplomat Sumqayıtda “Azərsun Sənaye Parkı”nın nəzdində fəaliyyət göstərən Azərbaycan kağız və karton istehsalat kombinatı, həmçinin yağ fabriki ilə tanış olub.

Səfər çərçivəsində R.Sekuta Sumqayıtda yerləşən Paralimpiya İdman Kompleksinə gəlib. Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov ölkəmizdə paralimpiya hərəkatının bir çox uğura imza atdığını, təkcə Bakını deyil, regionları da əhatə etdiyini vurğulayıb. Səfir komplekslə yaxından tanış olub, cüdoçuların məşqini izləyib, ikiqat paralimpiya oyunları və dünya çempionu, 6 dəfə Avropa çempionu, birinci Avropa Oyunlarının qalibi İlham Zəkiyevlə də görüşüb.

Daha sonra səfir Qubadlı rayon S.Rəhimov adına Mahruzlu kənd orta məktəbində olub. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov qonağa bildirib ki, məktəbin binası 2004-cü ildə ABŞ-ın “Dünya ümidi” Beynəlxalq Humanitar Təşkilatı tərəfindən tikilib. Məktəblə tanış olan səfir ingilis dili fənni üzrə dərsdə iştirak edib, şagirdlərlə söhbətləşib.

Məktəbin akt zalında R.Sekuta rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Məcburi köçkünlər Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun fəaliyyətinin səmərəli olmadığını, işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycana eyni yanaşma sərgiləndiyini səfirin diqqətinə çatdırıblar.

Daha sonra amerikalı diplomat Sumqayıt Kimya Sənayesi Parkının tərkibindəki “SOCAR-Polimer” zavodunun tikintisi ilə tanış olub. Bildirilib ki, 30 hektar ərazidə iki müəssisə – polipropilen və yüksəksıxlıqlı polietilen zavodları tikiləcək. Burada son texnologiya olan polimer məhsulları istehsal ediləcək. Hər iki zavod 2018-ci ildə istifadəyə veriləcək.

14569386351341350072_1000x669 14569386354249942568_1000x669 1456938635434066853_1000x669 14569386355345638175_1000x669 1456938636286863564_1000x669 14569386365150336656_1000x669 1456939579240213489_1000x669

usa12

usa0333

usa0989

usa2333

usa23343
Foto: Xəqani Əzizov

Facebook Şərhləndirmə:

Şərhinizi yazın