Menu
Geri İrəli

Almaniyanın səfiri Sumqayıtda olub

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Mart 2014 • Baxış sayı: 504 dəfə • Şərh yoxdur

Almaniyanın səfiri Sumqayıt Bələdiyyəsinin qadın əməkdaşları və fəalları ilə birgə “Çərçivədən kənar” foto-sərgisi ilə tanış olmuşlar

 03Sumqayıt Yaradıcılıq Mərkəzində “Qadınlar Bələdiyyənin inkişafı uğrunda” İctimai Birliyinin, Almaniya Əməkdaşlığı Birliyinin Azərbaycan ofisinin, Sumqayıtda fəaliyyət göstərən Alman Dili Mərkəzi və Sumqayıt Bələdiyyəsinin qadın fəallarının səyi ilə  Azərbaycan qadınlarının ictimai fəallığını, ölkəmizin inkişafında onların rolunu əks etdirən “Çərçivədən kənar” adlı foto-sərgi açılmışdır. Respublikanın müxtəlif foto həvəskarlarının bir-birindən maraqlı 100-dək əsərinin nümayiş etdirildiyi sərginin açılışında Almaniya Federativ Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri xanım Haydrun Tempel, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Quliyev, Sumqayıt Bələdiyyəsinin sədr müavini, Avropa və dünya çempionu, beynəlxalq dərəcəli qrossmeyster Zeynəb Məmmədyarova iştirak etmişlər.

Tədbirdə çıxış edən alman səfir Azərbaycanın son illərdəki sürətli inkişafından, ölkəmizin öz güclənən iqtiisadiyyatı və zəngin mədəniyyəti ilə Avropa iqtisadiyyatı və mədəniyyətinə uğurlu inteqrasiyasından, gender bərabərliyindən məmnunluqla söhbət açmış, Azərbaycanın bütün sahələr üzrə inkişafı üçün yüksək fəallıqla çalışan, ictimai həyatda rolu daha da artmaqda olan qadınların intibah dövrünü əks etdirən “Çərçivədən kənar” foto-sərgisinin əhəmiyyətindən danışmışdır.

Sonra Bakıdan gəlmiş qonaqlar Sumqayıt Bələdiyyəsinin və onun məhəllə komitələrinin qadın əməkdaşları, şəhərin müxtəlif ictimai təşkilatlarının və respublika mətbuatının nümayəndələri ilə birgə Azərbaycan qadınlarının ictimai fəallığının foto-əsərlərdə əks etdirildiyi sərgi ilə maraqla tanış olmuşlar. Orijinal rakurslarla fotoları təqdim edilmiş ictimaiyyətçi qadınların bir qisminin Sumqayıt Bələdiyyəsinin məhəllə komitələrinin sədrləri və fəallarının olması tədbir iştirakçılarında məmnunluq doğurmuşdur.

Tədbrdə iştirak edənlər Sumqayıt Bələdiyyəsinin məhəllə komitələri sədrləri Solmaz Zeynəddinovanın və Gülnarə Ağayevanın, Saray Bələdiyyəsinin sədr müavini Vəsilə Əbilhəsənovanın, “Qadınlar Bələdiyyənin inkişafı uğrunda” İctimai Birliyinin sədri Lyudmila Xəlilovanın, Almaniya Əməkdaşlığı Birliyinin Azərbaycan ofisinin məsləhətçisi Fidan Qasımovanın və digər ictimai fəal qadınların yerlərdə sakinlərlə görüşləri və dıgər tədbirlər zamanı, həmçinin onların istirahət saatlarında yüksək sənətkarlıqla, ustalıqla çəkilmiş orijinal şəkillərini seyr edərək, xoş təəssüratlarını  bölüşmüşlər.

Sonda sərginin ekspozisiyaları önündə xatirə şəkilləri çəkilmişdir.

Qeyd edək ki, “Çərçivədən kənar” sərgisindən əvvəl səfir xanım Haydrun Tempel Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşmüş, əhaliyə nümunəvi xidmət sahəsində dünyada ilk təcrübə, Azərbycan brendi olan “ASAN xidmət”in Sumqayıt filialının fəaliyyəti ilə tanlş olmuşdur.

 Orxan RƏHMANOĞLU.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın