Menu
Geri İrəli

Ankarada keçirilən Azərbaycan gecəsində Sumqayıt da təmsil olunub

Müəllif: sumqayitxeber.com • Tarix: 20 İyun 2016 • Baxış sayı: 168 dəfə • Şərh yoxdur

Ankaranın Keçiörən rayon bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən 7-ci Beynəlxalq Ramazan Festivalı çərçivəsində Azərbaycan gecəsi təşkil olunub. Bu münasibətlə bələdiyyənin təşkilatçılığı və Türkiyədəki səfirliyimizin dəstəyi ilə festivalın keçirildiyi sahədə qurulan “Azərbaycan evi”nin açılışı olub.

Açılış mərasimində səfirliyimizin əməkdaşları, Ankaradakı diplomatik nümayəndəliklərin rəhbərləri, QHT, KİV, ölkə ictimaiyyətinin təmsilçiləri, eyni zamanda Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov iştirak ediblər.

Keçiörən rayon bələdiyyəsinin sədri Mustafa Ak, Türkiyə Prezidentinin Baş müşaviri Yalçın Topçu, Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov və Ankaradakı səfirliyimizin müşaviri Ramil Qurbanov mərasimdə çıxış ediblər.

Çıxış edənlər Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən danışıblar. Bu ənənəvi festivalda “Azərbaycan evi”nin qurulması iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinə dair daha bir nümunə kimi dəyərləndirilib.
Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov Keçiörən Bələdiyyəsi ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib, bu əlaqələrin hər iki Bələdiyyə üçün faydalı olduğunu, əməkdaşlığın genişləndirilməsinin zəruriliyini qeyd edib.

Ziyarətçilərə “Heydər Əliyev” və “İlham Əliyev” kitabları ilə yanaşı, “İrs-Miras” və “Diplo Atlas” jurnalları, Azərbaycan həqiqətlərini təbliğ edən digər əyani vəsaitlər hədiyyə olunub.

Azərbaycan gecəsi ölkəmizi təmsil edən muğam qrupunun ifası ilə davam etdirilib. Gecədə əsl bayram coşqusu yaşanıb. Əllərində iki qardaş ölkənin dövlət bayraqlarını dalğalandıran iştirakçılar Azərbaycan-Türkiyə qardaşlığına olan tükənməz sevgi və məhəbbətlərini müxtəlif şüarlarla ifadə ediblər.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın