Menu
Geri İrəli

ANS sumqayıtlı aktrisanın pulunu ödəməkdən imtina etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Sentyabr 2013 • Baxış sayı: 212 dəfə • Şərh yoxdur

“Bakı Film” Kinostudiyasında çəkildiyim rola görə pulumu vermir. Dörd ay bu studiyada çəkildiyim “Fatimə” teleserialından bir qəpik də ala bilmədim.

Bu sözləri Avropa.info-ya açıqlamasında Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktrisası Xatirə Süleymanova deyib.

X.Süleymanovanın sözlərinə görə, onun çəkildiyi rola görə 600 manat ödənilmək əvəzinə, aktirasaya 266 manat pul ödənilib: “Dörd ay qonorarımı tələb etdikdən sonra mənə bu qədər pul verdilər. Mənə dedilər, ANS-in borcu var, pulun hamısını verə bilmirik. Mən də çəkilişlərə getməkdən imtina etdim”.

Aktrisa deyib ki, çəkilişlərdən imtina etdikdən sonra studiyadan ona cərimə edilməsi ilə bağlı məktub gəlib. “Başa düşmürəm, ANS məni rola çəkilmədiyim üçün niyə cərimə edir? Mən çəkildiyim rolun pulunu tələb edirəm. ANS də bu pulu mənə vermək istəmir”,-deyə aktrisa bildirib.

Qeyd edək ki, Xatirə Süleymanova “Fatimə” teleserialında Mira roluna çəkilib.

Avropa.info məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazır olduğunu bildirir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın