Menu
Geri İrəli

Arzu Rəhimov Sumqayıtda vətəndaşları qəbul edib

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Noyabr 2013 • Baxış sayı: 173 dəfə • Şərh yoxdur

arzuAzərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov 16 noyabrda Xidmətin Sumqayıt şəhər İdarəsinin inzibati binasında Sumqayıt şəhər və Abşeron rayon sakinlərinin qəbulunu həyata keçirib. 

“Qafqazinfo” xəbər verir ki, qəbulda 45-dək sakin iştirak edib. Vətəndaşların müraciətləri daha çox Xidmətin Sumqayıt şəhər İdarəsi və Abşeron rayon Şöbəsində işə və ya həqiqi hərbi xidmətə qəbulu, veteran adı və vəsiqəsinin verilməsi, hərbi xidmətə çağırılan övladlarının ailə vəziyyətləri ilə əlaqədar olaraq yaşadıqları əraziyə yaxın olan hərbi hissələrdə xidmət keçmələri məsələlərində köməklik göstərilməsinə dair olub.
Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib. Eyni zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə baxılmasından ötrü müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın