Menu
Geri İrəli

Asiya çəyirtkəsi Sumqayıtda – Nazirlik mübarizəyə başladı

Müəllif: sumqayitxeber.com • Tarix: 16 İyul 2015 • Baxış sayı: 688 dəfə • Şərh yoxdur

Asiya çəyirtkəsiİyulun 12-dən etibarən Abşeron yarımadasının Novxanı, Pirşağı, Nardaran Bilgəh kəndlərinin və Sumqayıt şəhərinin Xəzər dənizinə yaxın ərazilərinə Asiya çəyirtkəsinin miqrasiyası müşahidə olunub.

Qurumdan “APA-Economics”ə verilən məlumata görə, yaranmış vəziyyət nəzərə alınaraq, nazirlik tərəfindən monitorinqlərin və mübarizə tədbirlərinin həyata keçirilməsi üçün Dövlət Fitosanitar Nəzarəti Xidmətinə xüsusi tapşırıqlar verilib.

Dövlət Xidmətinin rəisi Camal Quliyev bildirib ki, dünəndən etibarən qeyd olunan ərazilərdə Asiya çəyirtkəsinə qarşı mübarizə tədbirlərinə başlanılmış və artıq 100 ha-dan artıq ərazidə bu tədbirlər həyata keçirilib. Mübarizə tədbirlərinin həyata keçirilməsi üçün Dövlət Xidmətində qərargah yaradılıb, Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri, mobil dəstələrinin texnikası bu işlərə cəlb olunub.

Asiya çəyirtkələrinin Şimali Qafqazdan, Terek çayı vadisindən miqrasiya etməsi müəyyən edilib. Çəyirtkə sürüsü güclü külək nəticəsində sahili zolağında dənizə düşüb. Bu səbəbdən də əsasən sahil zolağı ərazilərdə müşahidə olunurlar. Uzaq yol və dənizə düşmələri ilə zədələnmə səbəbindən adi hala nisbətən çox zəifdirlər və bir çox sahələrdə təbii ölümləri müşahidə olunur. Asiya çəyirtkəsinin müşahidə olunduğu ərazilərimizdə kənd təsərrüfatı əkinləri olmadığı üçün onların ciddi zərər vurması gözlənilmir. Bu növün əsasən qamışlı bataqlıq ərazilərdə yumurta qoyması nəzərə alınaraq belə sahələrdə mübarizə tədbirləri ilk növbədə aparılır.

Məsələnin aktuallığı nəzərə alınaraq yerli icra nümayəndələrinin və bələdiyyələrin mübarizə tədbirlərinə dəstəyi çox faydalı olar. Vətəndaşlardan bağ sahələrində Asiya çəyirtkəsi müşahidə olunarsa bu barədə Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli qaynar xəttinə və yaxud 562 87 44 nömrəli telefonla Dövlət Fitosanitar Nəzarəti Xidmətinin çağrı mərkəzinə məlumat vermələri xahiş olunur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın