Menu
Geri İrəli

Aşura günündə Sumqayıtda 250–dən çox şəhər sakini könüllü qan verib

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Noyabr 2014 • Baxış sayı: 443 dəfə • Şərh yoxdur

qanvermeSumqayıtda Aşura günü ilə əlaqədar könüllü qanvermə aksiyası da keçirilib.
Şəhər səhiyyə şöbəsinin müdiri Ələkbər Tağıyev AzərTAc-a bildirib ki, aksiya şəhərdəki Cümə məscidində Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən təşkil edilib. Səhər saatlarından başlayaraq Mərkəzi Qan Bankının tibbi briqadası 250–dən çox sumqayıtlıdan qan götürüb. Toplanan qan əsasən talassemiya və qan xəstəliklərindən əziyyət çəkənlərə veriləcək.
Sumqayıt şəhər polis idarəsinin rəisi, general-mayor Sahib Mirzəyev bildirib ki, hər il olduğu kimi, bu il də Aşura günü ilə əlaqədar ictimai asayişin qorunması məqsədilə şəhər polisi gücləndirilmiş iş rejimində çalışır, ictimai asayiş lazımi şəkildə təmin edilir. Mərasimlərin keçiriləcəyi yerlərdə və onun ətrafındakı ərazilərdə yol hərəkəti təhlükəsizliyini təmin etmək məqsədilə lazımi qüvvələr ayrılıb. S.Mirzəyev deyib ki, Aşura mərasimi zamanı şəhərdə hər hansı ciddi qanun pozuntusu qeydə alınmayıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın