Menu
Geri İrəli

ATƏT PA-nın komitə iclasında ermənilərin növbəti iflası – TAHİR MİRKİŞİLİ ERMƏNİLƏRƏ BELƏ CAVAB VERDİ

Müəllif: sumqayitxeber.com • Tarix: 4 İyul 2016 • Baxış sayı: 851 dəfə • Şərh yoxdur

13608092_10154262597032482_77766423_n 13617408_10154262597037482_1239571835_nTiflisdə keçirilən ATƏT Parlament Assambleyasının (PA) sessiyası çərçivəsində  Siyasi və Təhlükəsizlik məsələləri üzrə ümumi komitənin iclasında qətnamə layihəsinə əlavələr və təkliflər müzakirə edilib.

 APA-nın məlumatına görə, sessiyada Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Tahir Mirkişili təklif ilə çıxış edib.

Tahir Mirkişili ATƏT-ə üzv bir neçə ölkədə “dondurulmuş” münaqişələrin həllinin uzadılmasına görə ciddi narahatlığını bildirib və münaqişələrin suverenliyə, ərazi bütövlüyünə və dövlət müstəqilliyə, həmçinin bu dövlətlərin demokratik inkişafına maneə olduğunu və regional əməkdaşlığa və inkişafa çətinlik törətdiyini vurğulayıb.  Səsvermə zamanı komitə iclasının çoxluq üzvü Azərbaycanın ATƏT-in PA-nın Siyasi və Təhlükəsizlik məsələləri üzrə ümumi komitəsinin iclasında qəbul edilən qətnamə üçün təklif etdiyi 4-cü maddə üzrə olan bu düzəliş qəbul edilib.

 Ermənistan nümayəndəsi Azərbaycanın qətnaməyə verdiyi təklifin əleyhinə səs verib. Ermənistan nümayəndəsinin 6-cı düzəliş maddəsi üzrə “beynəlxalq hüquqla təsbit olunmuş sərhədlər çərçivəsində” təklif etdiyi düzəliş qəbul olunmayıb. Azərbaycan nümayəndəsi həmçinin Ermənistan nümayəndəsinin düzəlişi ilə bağlı çıxış edərək bu düzəlişin BMT-nin qəbul etdiyi sənədlərdə və ATƏT-in Helsinki Xartiyasına  zidd olduğunu bildirib.

***

13608092_10154262597032482_77766423_n

Qurumun Siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclasında bu komitənin yekun qətnaməsinin layihəsi müzakirə olunub.

İclasda Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova və deputat Tahir Mirkişili layihənin 4-cü maddəsinə yeni əlavə olunmasını təklif ediblər.

Dəyişiklikdə deyilir: “ATƏT-ə üzv ölkələrin bəzilərinin ərazilərindəki həll olunmamış münaqişələr həmin dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə, eləcə də təhlükəsizliyə ciddi təhdiddir. Eyni zamanda, bu münaqişələr, həmin dövlətlərin demokratik inkişafına və regional əməkdaşlığa ciddi maneədir”.

Azərbaycanlı deputatların təklifi layihənin İsveçdən olan müəllifi deputat Marqaret Sederfelt tərəfindən də yüksək dəyərləndirilib. Təklif səsə qoyulub və qəbul olunub.

Ermənistandan olan deputat isə layihənin 5-ci maddəsinə “xalqların öz müqəddəratını təyin etmə prinsipi”nin əlavə olunmasını təklif edib.

Azərbaycan tərəfi bu bəndin ATƏT-ə üzv ölkələrin beynəlxalq hüquqla tanınmış sərhədlərinin və ərazi bütövlüyünün pozulmasına səbəb olduğunu bildirib və təklifə etiraz edib. Azərbaycan tərəfi bildirib ki, bu təklif BMT-nin və Helsinki Yekun Aktının prinsiplərinə də ziddir.

Ukrayna tərəfi Azərbaycanın mövqeyini dəstəkləyib. İsveçdən olan məruzəçi və layihənin müəllifi Marqaret Sederfelt də Ermənistan tərəfinin təklifini əsassız sayıb və təklif qəbul olunmayıb. Deputatların böyük əksəriyyəti ermənilərin təklifinin əleyhinə səs veriblər və təklif rədd edilib.

Erməni deputatların layihənin 12-ci bəndinə təklif etdiyi 20-ci əlavə də qəbul olunmayıb. Erməni deputatın Azərbaycan Ordusunun tərkibində İŞİD və “Nüsra cəbhəsi” üzvlərinin olduğunu iddia edib. Ermənilərin bu təklifi də etirazla qarşılanıb və qəbul olunmayıb.

Azərbaycan nümayəndə heyətinin üzvləri erməni tərəfinin bu cür məsuliyyətsiz çıxışlarının danışıqlar prosesinə mane kimi qiymətlədiriblər. Erməni deputatın bu təklifi də səsə qoyulub və qəbul olunmayıb.



Facebook Şərhləndirmə:

Şərhinizi yazın