Menu
Geri İrəli

Azərbaycan Ordusunun zabiti dənizdə batıb

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Avqust 2013 • Baxış sayı: 172 dəfə • Şərh yoxdur

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin zabiti, 1984-cü il təvəllüdlü baş leytenant Qədimov Elçin Nazim oğlu Xəzərdə balıq tutarkən dənizdə batıb. Onun meyitinin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Hələlik mərhumun meyitini tapmaq mümkün olmayıb.

APA-nın məlumatına görə, hadisə Zirə qəsəbəsi yaxınlığında qeydə alınıb. Xatırladaq ki, Müdafiə Nazirliyinin mətbuat xidməti də hadisəni təsdiqləyib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın