Menu
Geri İrəli

AZƏRBAYCAN UNİVERSİTETİNDƏ KULİNARİYA ŞƏNLİYİ KEÇİRİLİB

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Oktyabr 2013 • Baxış sayı: 198 dəfə • Şərh yoxdur

Azərbaycan Universitetində yeni tədris ilinin başlanması və 20 oktyabr Beynəlxalq Kulinariya gününə həsr olunmuş “Kulinariya şənliyi” keçirilib. Şənlikdə Tələbə Gənclər Təşkilatı, Media Klubu, Debat Klubu, Tələbə Yaradıcılıq Birliyi, Gənc Tədqiqatçılar Klubunun fəal üzvləri öz bacarıq və istedadlarını sərgiləyiblər.

Azərbaycan Universiteti Media Klubunun təşəbbüsü ilə keçirilən şənliyin məqsədi universitetə yeni qəbul olmuş tələbələri universitet həyatı ilə tanış etmək, tələbə birlikləri, və fəaliyyət istiqamətləri haqqında məlumat vermək, tələbələrin ictimai fəallığının artırılması ilə yanaşı, həm də kulinariya ənənələrinin sərgilənməsi olub.

Milli kulinariya sahəsində öz bacarıq və istedadlarını sərgiləyən tələbələr, həm bir-birləri həm də tələbə birliklərinin fəaliyyəti ilə tanış olub, həmçinin asudə vaxtın səmərəli təşkili, tələbələrin potensial imkanlarını nümayiş etdirməsi və ictimai fəallığa dair müzakirələr aparıblar. Şənlikdə Milli Kulinariya Gününün qeyd olunması, regional mətbəxin öyrənilməsi kimi təkliflər də səsləndirilib.

sumqayitxeber.com

Mətbuat və informasiya şöbəsi

Facebook Şərhləndirmə:

Şərhinizi yazın