Menu
Geri İrəli

AZƏRBAYCANIN AVROPAYA İNTEQRASİYASI SUMQAYIT GƏNCLƏRİ ARASINDA MÜZAKİRƏ EDİLDİ

Müəllif: sumqayitxeber.com • Tarix: 16 May 2011 • Baxış sayı: 359 dəfə • 1 şərh

14 may 2011-ci il tarixində Sumqayıt İnformasiya Texnologiyaları Akademiyasında “Gənclərin Rəyi Araşdırmalar Mərkəzi” təşkilatın nəzdində qurulan Gənclərin Düşüncə Klubu çərçivəsində Azərbaycanın Avropaya İntegrasiyasında Yeni İmkanlar mövzusunda növbəti mühazirəsini təşkil edib.

Tədbiri giriş sözü ilə açan təşkilatın təsisçisi İsmayıl Kərimov təbbirin mahiyyəti haqqında məlumat verdi. Sonra mühazirəçi Amerika Ticarət Palatasının qanunvericilik və siyasət departamentinin müdiri Şahid Şükürov mövzu ətrafında iştirakçılara təqdimatını çatdırdı. Mühazirədə Qurban Səidin Əli və Nino əsərindən nümunələr gətirilərək Azərbaycanın Avropaya inteqrasiyasının sadəcə coğrafi və geopolitik bir məsələ olmadığını, bu məsələnin eyni zamanda mədəni dəyərlərlə əlaqəli olduğunu gənclərə çatdırdı. Mühazirədə Avropaya inteqrasiya məsələsində iqtisadi, siyasi və sosial kriteriyalar haqqında məlumat verərək demokratiya və insan hüquqları məsələlərinin Avropa integrasiyasında prioritet məsələlər olması vurğulandı. Mühazirədən sonra iştirakçılar mövzu ətrafında müzakirələr apardılar. Müzakirələrdə Avropaya inteqrasiya məsələsində cəmiyyətin inteqrasiyada iştirakın vacibliyini, bu məsələdə mədəni dəyərlərin rolu iştirakçılar tərəfindən vurğulandı.

Facebook Şərhləndirmə:

“AZƏRBAYCANIN AVROPAYA İNTEQRASİYASI SUMQAYIT GƏNCLƏRİ ARASINDA MÜZAKİRƏ EDİLDİ” yazısına bir cavab

  1. Eloise deyir:

    What a pleasure to find someone who tnhkis through the issues

Şərhinizi yazın