Menu
Geri İrəli

«Azərikimya» ahıllara bayram ovqatı bəxş etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Oktyabr 2013 • Baxış sayı: 252 dəfə • Şərh yoxdur
Share Button

1 oktyabr – Beynəlxalq Ahıllar günündə «Azərikimya» İstehsalat Birliyi Sumqayıtda yaşayan 200 nəfərə yaxın ahıl insana bayram ovqatı bəxş etmişdir.

 «Kövsər» şadlıq sarayında Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər şöbəsinin fəalla­rının köməkliyi ilə ahıllara bayram süfrəsi açılmışdır.

Tədbirdə çıxış edənlər Sumqayıtın qurucuları olan ahılları bayram münasibətilə təbrik etmiş, onlara bundan sonrakı həyatlarında da sağlam can və sevinc dolu günlər arzulamışlar.

Bayramlarını canli musiqi sədaları altında gözəl rəqslərlə, xoş ovqatla qeyd edən ahıllar onlara göstərilən diqqət və qayğıya görə respublika rəhbərliyinə dərin minnət­darlıqlarını bildirmişlər.

Tədbirin sonunda ahılların hər birinə «Azərikimya» İB tərəfindən bayram sovqatı təqdim olunmuşdur.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın