Menu
Geri İrəli

“Azərikimya”nın gənc kimyaçıları Azərbaycanın Dövlət Bayrağı Kompleksində ekskursiyada olub

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Noyabr 2012 • Baxış sayı: 263 dəfə • Şərh yoxdur
Share Button

Bayraq Meydanındakı Dövlət Bayrağı Мuzeyində tədbir iştirakçılarına Azərbaycan bayrağının hələ ötən əsrlərdən başlayan qədim tarixindən, onun müqəddəs amallar uğrunda mübarizə və döyüşlərdən qələbələrlə çıxarılıb qorunmasından, hərbi-döyüş bayraqlarından, həmçinin Səfəvilərin muzeydə nümayiş olunan dövlət bayrağından, Azərbaycan dövlətçiliyinin əsaslarının qoyulmasında böyük xidmətləri olmuş Şаh İsmayıl Xətainin şəxsi bayrağı və s. haqqında ətraflı məlumat verilmişdir.
Kimyaçılar və Sumqayıt ictimaiyyətinin nümayəndələri Bayraq meydanındakı Dövlət gerbi, ölkəmizin muzeydə nümayiş etdirilən Dövlət himninin mətni, Azərbaycanın xəritəsi, həmçinin muzeyin digər qiymətli eksponatları, o cümlədən 1918-ci ildə müsəlman Şərqində ilk dəfə olaraq yaradılmış müstəqil, demokratik dövlət olan Azərbaycan Demokratik Respublikasının qorunub-saxlanmış üçrəngli bayrağı, ölkəmizi bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm tədbirlər həyata keçirmiş Ulu öndər Heydər Əliyevin bugünkü Azərbaycanın suveren bir dövlət kimi formalaşması və inkişafında xidmətlərini, dövlətçiliyimizin tarixini əks etdirən müxtəlif foto-sənədlər, videosüjetlər və digər materiallarla tanış olmuşlar.
“Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayevin də iştirak etdiyi, gənclərin Vətənə məhəbbət və sədaqət duyğularının daha da güclənməsində mühüm rol oynayan tədbirin sonunda sumqayıtlılar Azərbaycanın Dövlət Bayrağı fonunda xatirə şəkli çəkdirmiş, bu mühüm ekskursiyadan xoş təəssüratla qayıtmışlar.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın