Menu
Geri İrəli

«Azərikimya»ya işə qəbul olmaq istəyən mühəndislərin test imtahanları keçirilir

Müəllif: sumqayitxeber.com • Tarix: 1 May 2013 • Baxış sayı: 313 dəfə • 1 şərh

Aprelin 30-da  ARDNŞ-in  “Azərikimya” İstehsalat Birliyi­nin müəssisə və idarə­lə­rində mühəndis vəzifələrinə işə qəbul üzrə gənc mütəxəssislərin test imtaha­n­larına başlanılmışdır.

Son dövrlərdə istehsalatın müasir, innovativ texnologiyalar və modern avadanlıqlar tətbiq edilməklə texniki yeniləşməsi prosesinin davam etdirildiyi “Azərikimya” İB-də işə qəbulun test imtahanı üzrə keçirilməsi istedadlı, perspektivli mühəndis kadrlara  – mürəkkəb texnoloji prosesləri mükəmməl idarə edə biləcək, daha yüksək bilik və bacarığa, müvafiq hazırlığa malik mühəndis kadrlara ehtiyacdan, texnoloji qurğu və avadanlıqların kompüter proqramları üzrə idarə olunan yeni nəslinin səmərəli işinin təmin edilməsi zərurətindən irəli gəlir.

İki gün davam edəcək test imtahanlarının ilk günündə informasiya texnologiyaları üzrə mütəxəssislərlə yanaşı nəzarət-ölçü cihazları və avtomatika üzrə mühəndislər, mayın 1-də isə mühəndis-mexaniklər, energetiklər və inşaatçı-mühəndislər öz qüvvələ­rini sınayacaqlar.

İmtahan başlamazdan əvvəl ARDNŞ-in İnsan resursları Departamentinin əməkdaşları test imtahanlarının şərtləri və qaydaları haqqında ətraflı məlumat vermişlər.

Test suallarına doğru-düzgün və daha çox cavab verən namizədlər daha sonra müsabiqənin ikinci mərhələsinə – müsahibəyə buraxılacaqlar.

Müsabiqədə əsasən Sumqayıtdan olan 200-ə yaxın iddiaçı iştirak edir. Bir-neçə gündən sonra müsabiqənin nəticələri elan ediləcəkdir. Daha yüksək nəticə göstərən mütəxəssislər «Azərikimya»nın müvafiq müəssisə və idarələrinə işə qəbul olunaraq, Birliyin mühəndis korpusunu tamamlayacaqlar.

Sabah test imtahanları davam etdiriləcəkdir.

Facebook Şərhləndirmə:

“«Azərikimya»ya işə qəbul olmaq istəyən mühəndislərin test imtahanları keçirilir” yazısına bir cavab

  1. Nezrin deyir:

    bes sdu-nun kimya fakultesini bitiren muellimeler nece burda iwle temin oluna biler?

Şərhinizi yazın