Menu
Geri İrəli

“azerbaijans.com”-dan daha bir yenilik

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Mart 2012 • Baxış sayı: 485 dəfə • 1 şərh
Share Button

Bir neçə ay öncə istifadəyə verilmiş 7 dildə fəaliyyət göstərən “www.azerbaijans.com” virtual ensiklopediyası yenilənməkdə davam edir.

Saytın redaksiyasından verilən məlumata görə, resursda növbəti yenilik “Kino” bölməsində edilir. Son təkmilləşdirmə internet istifadəçilərinə Azərbaycan filmlərini yalnız bir sayt vasitəsilə izləmək imkanı yaradacaq: “Bildiyiniz kimi, www.azerbaijans.com saytı günü-gündən yenilənir, zənginləşir. Bu günlərdə işlərimizin davamı olaraq saytın “Kino” bölməsinin “Filmlər” linkində daha böyük miqyaslı yenilənmələrə başlanılmışdır. Bununla da istifadəçilərimiz “www.azerbaijans.com” saytı vasitəsilə klassik Azərbaycan kino salnaməsini rahatlıqla izləmək imkanı əldə edəcəklər”.

Linkə tammetrajlı, qısametrajlı və sənədli Azərbaycan filmləri daxil edilir. 248 tammetrajlı Azərbaycan filmindən artıq 238-i sayta yerləşdirilib.

Ensiklopediya özündə filmlərlə yanaşı onlar haqqında məlumatları da ehtiva edir. İstifadəçilər burada filmlərin istehsal ili, ssenari müəllifi, rejissoru, dili, janrı və hətta rəngi haqqında da məlumatları əldə edə bilərlər.

Filmləri bu linkdən izləmək olar: http://video.azerbaijans.com/?act=albums&id=920

Facebook Şərhləndirmə:
Share Button

““azerbaijans.com”-dan daha bir yenilik” yazısına bir cavab

  1. Rauf deyir:

    Kohne filmlerimizin yerini hech ne vermir onlari davamli olaraq izleye bilsek belke Bu :yeni,genc: nesle mentalitetimizi ifade ede bildik. Teshekkurler

Şərhinizi yazın