Menu
Geri İrəli

Azərbaycanda havanın temperaturu 40 dərəcəyə yüksələcək

Müəllif: sumqayitxeber.com • Tarix: 27 İyul 2015 • Baxış sayı: 297 dəfə • Şərh yoxdur

jara3

Dəniz suyunun temperaturu 28 dərəcəyə çatacaq.

Bakı və Abşeron yarımadasında iyulun 28-də hava şəraitinin günəşli olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-26, gündüz 35-39 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti təşkil edəcək

Azərbaycanın rayonlarında iyulun 28-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın