Menu
Geri İrəli

Azərbaycanda “Son zəng”in vaxtı məlum oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 23 May 2015 • Baxış sayı: 574 dəfə • Şərh yoxdur

Son zeng 300512Tədbirlər məktəb ərazisində keçiriləcək

Bu il Azərbaycanda “Son zəng” tədbirlərinin keçirilməsi ilə bağlı təhsil müəssisələrinə müvafiq tövsiyələr verilib.

APA-nın xəbərinə görə, təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, tədris həftəsi 5 günlük olan məktəblərdə “Son zəng” mayın 29-da, 6 günlük iş həftəsi ilə çalışan məktəblərdə isə mayın 30-da təşkil olunacaq.

Onun sözlərinə görə, məktəblərə tövsiyə olunub ki, həmin tədbirlər məktəb ərazisində keçirilsin.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın