Menu
Geri İrəli

Azərbaycanda zəlzələ olub

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Yanvar 2014 • Baxış sayı: 589 dəfə • Şərh yoxdur
Yanvarın 10-da Xaçmaz rayonunda zəlzələ baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, yerli sakinlər saat 04:45 radələrində yeraltı təkan hiss ediblər. Təşvişə düşən sakinlərin bir çoxu evlərini tərk edərək həyətə çıxıb.

 Xaçmaz rayon Fövqəladə Hallar Komissiyasından APA-ya verilən məlumata görə, dağıntı barədə məlumat daxil olmayıb.

 AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi də zəlzələ barədə məlumat yayıb. Məlumatda bildirilir ki, yanvarın 10-da saat 04.45-də Qubadan 83 km şimal-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.

 61 km dərinlikdə baş verən zəlzələnin maqnitudası 5.00 olub.zelzele-gostericisi

Facebook Şərhləndirmə:

Şərhinizi yazın