Menu
Geri İrəli

Azərbaycanlı tələbələrə müjdə

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Mart 2014 • Baxış sayı: 378 dəfə • Şərh yoxdur

kursAzərbaycan və Çinin təhsil nazirlikləri arasında imzalanmış ikitərəfli əməkdaşlıq sazişi əsasında Çin hökuməti 2014-2015-ci tədris ili üzrə Azərbaycan tələbələri üçün təqaüd proqramı elan edir. ANS PRESS-in Təhsil Nazirliyinə istinadən verdiyi məlumata görə, təqaüd proqramı 13 iyul 2012-ci il tarixində imzalanmış sazişə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır. Hazırda Çin ali məktəblərində 26 nəfər Azərbaycan vətəndaşı biznes, iqtisadiyyat, turizm, tibb və digər ixtisaslar üzrə təhsil alır.

Universitetlərdə tədris çin dilində olduğuna görə təqaüd proqramı çərçivəsində təhsil almaq hüququ qazanacaq tələbələr bir il çin dili üzrə hazırlıq kursu keçməlidirlər.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları martın 27-ə kimi sənədlərin elektron surətini (m.agayeva@edu.gov.az) ünvanına göndərməlidirlər.

Tələb olunan sənədləri göndərən namizədlər onlarla fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar. Müsahibə aprelin 2, 3 və 4-də Təhsil Nazirliyində keçiriləcək.

Elektron poçtla göndərilən sənədlərin çap versiyasını müvafiq qaydada müsahibə zamanı əlaqədar şəxsə təqdim etməyiniz xahiş olunur. Müsahibə zamanı təqdim ediləcək sənədlərə 6 ədəd rəngli fotoşəkil (3,5×4,5 sm. ölçüdə) əlavə edilməlidir.

Maliyyələşmə tələbələr üçün nəzərdə tutulmuş təqaüd aşağıdakı xərcləri əhatə edir:
Çin tərəfindən:
1. Ali məktəbdə qeydiyyat xərci
2. Təhsil haqqı
3. Laboratoriya xərci
4. Təcrübə (internship) xərci
5. Tədris materialları
6. Yataqxana xərci
7. Pekindən təhsil yerinə bilet
8. Aylıq yaşayış xərci

Aylıq yaşayış xərci təhsil səviyyələrinə uyğun olaraq aşağıdakı kimi hesablanıb:
1. Bakalavr tələbələri üçün: 1400 Yuan
2. Magistratura tələbələri üçün: 1700 Yuan
3. Doktorantura tələbələri üçün: 2000 Yuan

Təhsil Nazirliyi tərəfindən:
1. Aviabilet (hər tədris ilində yalnız bir dəfə – gediş-gəliş bileti)

Qeyd: 18 yaşdan aşağı olan ərizəçilər üçün Çindən qəyyumluq haqqında sənəd əldə olunmalıdır. “Çin hökuməti təqaüdləri çərçivəsində Çində təhsil proqramı 2014” qaydalarına əsasən bakalavr, magistratura və doktorantura səviyyələri üzrə müraciət edənlər üçün yaş məhdudiyyəti müvafiq olaraq 25, 35 və 40 yaş müəyyən edilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın