Menu
Geri İrəli

BƏKTAŞİ SƏADƏT – Sumqayıt Apelyasiya Məhkəməsinə yeni sədri

Müəllif: sumqayitxeber.com • Tarix: 2 İyun 2012 • Baxış sayı: 607 dəfə • 1 şərh
Bəktaşi Səadət İnayət qızı 25 sentyabr 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur.
1977-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, həmin təhsil müəssisəsini 1982-ci ildə bitirmişdir.1976-1977-ci illərdə Bakı şəhəri Binəqədi rayon xalq məhkəməsində məhkəmə iclas katibi işləmişdir.1982-1984-cü illərdə Bakı şəhəri 1 saylı Dövlət Notariat kontorunda dövlət notariusu vəzifəsi üzrə stajor;1984-1997-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qanunvericiliyin sistemləşdirilməsi vəqanun layihələrinin hazırlanması idarəsində məsləhətçi, Sovet qanunçuluğu idarəsində 1-ci dərəcəlimütəxəssis, Qanunlar toplusu redaksiya qrupunda aparıcı mütəxəssis, Hüquqi şəxslərin dövlət qeydiyyatı

idarəsində baş mütəxəssis, rəis müavini vəzifələrində işləmişdir;

1997-2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının dövlət hüquq şöbəsində böyük

məsləhətçi, Hüquq mühafizə orqanları ilə iş şöbəsində böyük referent vəzifələrində işləmişdir;

2000-2007-ci illərdə Azərbaycan Respublikası 1 saylı yerli iqtisad məhkəməsinin sədri vəzifəsində işləmişdir;

2007-2010-cu illərdə Bakı Apellyasiya Məhkəməsinin hakimi olmuş, İqtisadi Mübahisələrə dair İşlər üzrə

Məhkəmə Kollegiyasının sədri vəzifəsini icra etmişdir;

2010-cu ilin avqust ayının 28-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilmişdir;

Azərbaycan Respublikası İxtisaslaşdırılmış Məhkəmə Hakimləri Assosiasiyasının sədridir.

2008-ci ilin 21 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə

təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 1 iyun 2012-ci il tarixli sərəncamı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin sədri təyin edilmişdir.
Ailəlidir 2 övladı var.
Facebook Şərhləndirmə:

“BƏKTAŞİ SƏADƏT – Sumqayıt Apelyasiya Məhkəməsinə yeni sədri” yazısına bir cavab

  1. təbrik deyir:

    Təbrik edirəm. Yeni vəzifədə yeni yeni nailiyyətlər, uğurlar arzulayıram.

Şərhinizi yazın