Menu
Geri İrəli

Bakı-Sumqayıt marşurutunda sürücülərlə sərnişinlər arasında qarşıdurma

Müəllif: sumqayitxeber.com • Tarix: 19 May 2014 • Baxış sayı: 519 dəfə • Şərh yoxdur
20 Yanvar metrosunun  yaxınlığına  Bakı – Sumqayıt  marşurutu  idarə edən sürücülərlə  sərnişinlər arasında qarşıdurma yaşanıb.
Avropa.info  xəbər verir ki,  qarşıdurmaya səbəb  marşurut sürücülərinin qiyməti 60 qəpikdən bir manata qaldırmasıdır. Sərnişinlər   bunun qanunsuz olduğunu bildiriblər. Marşurut sürücüləri isə  Nəqliyyat nazirliyinə rüşvət verdiklərini və benzinin qiymətinin qalxdığını əsas gətirərək, belə vəziyyətin onlara sərf etmədiyini deyiblər.
Qısa müddət çəkən qarşıdurmadan sonra  marşurut sürücüləri ilə sərnişinlər arasında  razılaşma əldə olunub. Belə ki, sürücülər  sərnişinləri   60 qəpikdən  aparmağa razı olublar.
marsurut-3
Facebook Şərhləndirmə:

Şərhinizi yazın