Menu
Geri İrəli

Bakı-Sumqayıt yolu yenə dayanıb – 6 km tıxac

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Oktyabr 2013 • Baxış sayı: 157 dəfə • Şərh yoxdur

Bu gün səhər saatlarından etibarən Bakı-Sumqayıt yolunda tıxac yaranıb.

Simsar.az-ın verdiyi məlumata görə, magistralın paytaxt istiqamətinə gələn hissəsində uzunluğu 6 kilometrə çatan tıxac davam edir.

Baş Dövlət Yol Polisi İdarəsindən saytımıza verilən məlumata görə, tıxaca səbəb yolda nəqliyyatın sıx və intensiv hərəkət etməsidir. Tıxac hələ də uzanmaqda davam edir.

Xatırladaq ki, eyni yolda dünən də saatlarla tıxac olmuşdu.
Hazırda tıxac nəqliyyatın hərəkətini tam məhdudlaşdırıb. Ərazidə isə heç bir polis gözə dəymir.

Aqşin

Facebook Şərhləndirmə:

Şərhinizi yazın