Menu
Geri İrəli

Bakı-Sumqayıt yolunda avtomobil qəzası: 1 ölü, 1 yaralı

Müəllif: sumqayitxeber.com • Tarix: 27 İyun 2010 • Baxış sayı: 399 dəfə • 1 şərh
Share Button

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən avtomobil qəzası olub

Abşeron rayonu ərazisində Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Abşeron rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, qəza hadisəsi bu gün saat 13:00 radələrində Xırdalan şəhərində yerləşən «Qafqaz» Universitetinin qarşısındakı magistral yolda baş verib.

Belə ki, Orxan Əliyevin idarə etdiyi “VAZ 21099” markalı avtomobilin törətdiyi qəza nəticəsində sürücü özü ölüb, sərnişin Fəqan Ağayev isə ağır xəsarət alıb.

Xəsarət alan F.Ağayev Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Respublika Dövlət Yol Polisində araşdırma başlanılıb.

Facebook Şərhləndirmə:
Share Button

“Bakı-Sumqayıt yolunda avtomobil qəzası: 1 ölü, 1 yaralı” yazısına bir cavab

  1. Ramil deyir:

    Ne qeder ki, suruculuk vesiqesi pulla alinacaq, yol hereketi qaydalari pozulacaq qezalar da eksik olmayacaq

Şərhinizi yazın