Menu
Geri İrəli

Baş Mühafizə İdarəsindən Sumqayıt təkzibi

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Aprel 2014 • Baxış sayı: 678 dəfə • Şərh yoxdur

Musavat.com-da 04 aprel tarixində “Oğlu işdən çıxarılan ata: “Qanunları məmurlar tapdalayırlar” adlı məqalə dərc olunub. Məqalə Sumqayıt şəhər sakini Rəfael Cəlalovun şikayəti əsasında hazırlanıb. R.Cəlalov redaksiyamıza gələrək DİN Sumqayıt Şəhər Baş Mühafizə İdarəsində işləyən oğlunun həmin idarənin rəisi tərəfindən incidildiyini və işdən çıxarıldığını bildirmişdi. Şikayətçinin dediyinə görə, idarənin rəisi hərbi salam vermədiyinə görə oğlunu işdən çıxarıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsindən musavat.com-a təkzib göndərilib. Təkzibdə deyilir:
“Bildiririk ki, musavat.com saytında (4 aprel 2014-cü il) verilən “Oğlu işdən çıxarılan ata: “Qanunları məmurlar tapdalayırlar” adlı məqaləsində göstərilən faktlar qərəzli, şər və  böhtan xarakterlidir.
Qeyd edirik ki, Cəlilov Səxavət Rəfail oğlu 2011-ci il avqust ayından DİN-in Baş Mühafizə İdarəsinin müvafiq əmri ilə Sumqayıt Şəhər Mühafizə İdarəsinə mühafizəçi vəzifəsinə təyin edilmişdir. Xidmətdə nizam-intizam qaydalarını pozduğuna görə dəfələrlə xəbərdarlıq edilmiş, fərdi söhbətlər aparılmışdır.
Növbəti dəfə xidmət apardığı postu tərk edərək mühafizə olunan obyektin etibarlı mühafizəsini təmin etmədiyinə və eyni zamanda təhkim olunduğu xidməti posta getməkdən imtina etdiyinə görə Səxavət Cəlilov Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən sonuncu dəfə Sumqayıt ŞMİ-nin rəisinin müvafiq əmri ilə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehi elan edilmiş və onun nəzərinə çatdırılmışdır ki, gələcəkdə bir daha belə hallara yol verəcəyi təqdirdə işdən “mənfi motivlə” azad edilməsi barədə rəhbərlik və həmkarlar komitəsinin qarşısında vəsatət qaldırılacaqdır.
2013-cü ilin oktyabr ayında öz şəxsi arzusu ilə işdən azad olmağı barədə yazdığı ərizəyə əsasən Səxavət Cəlilovla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin vaxt yazılı izahat verərək bildirmişdir ki, 1-2 saatdan artıq postda dayana bilmir.
Əmək müqaviləsinə xitam verildikdən sonra atasının xahişi və ailə vəziyyəti nəzərə alınmaqla, yəni iş tapana kimi onunla iki aylıq müqavilə bağlanmış və həmin müddətə işə qəbul olunmuşdur.
DİN-in Baş Mühafizə İdarəsinin şöbə rəisi Kamil Abbasov”
din-nazirlik
Facebook Şərhləndirmə:

Şərhinizi yazın