Menu
Geri İrəli

Bayraq Meydanı İdarəsinin keçmiş rəisi və şəriki saxlanıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 12 May 2015 • Baxış sayı: 496 dəfə • Şərh yoxdur

93996_res_01“Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov və onun şirkətdəki şəriki Azər Əsgərov bu gün saxlanılıblar.

“Azİmport”dakı mənbələrdən virtualaz.org saytına verilən xəbərə görə, mülki geyimli şəxslər bu gün şirkətin ofisinə gedərək hər iki şəxsi saxlayıblar.

Məlumata görə, həmin mülki geyimlilər bir müddətdən sonra Azər Əsgərovla birlikdə şirkətin ofisinə qayıdıblar. Onlar ofisdən zəruri sənədləri götürərək A.Əsgərovla birgə yenidən naməlum istiqamətə gediblər.

R.Məmmədovla A.Əsgərovun hazırda harada olması barədə heç bir məlumat yoxdur. Onlar evlərində deyillər. Heç ofisə də qayıtmayıblar.

Virtualaz.org saytı hüquq-mühafizə orqanlarından R.Məmmədovla A.Əsgərovun saxlanılmasının təfərrüatlarını dəqiqləşdirməyə çalışır.

Qeyd edək ki, R.Məmmədov Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisidir. Virtualaz.org saytı həm də “Azİmport” şirkətinin sahibi olan R.Məmmədovun şirkətinin Bakı sakinlərinə qarşı özbaşınalıqları haqda bir neçə araşdırma yazısı dərc edib. R.Məmmədovun bacısının əri A.Əsgərov tərəfindən rəhbərlik edilən şirkət Bakıda yüzlərlə, minlərlə ailənin halal mal-mülkünü qəsb etməkdə ittiham olunur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın