Menu
Geri İrəli

Beynəlxalq Bankın yeni sədri məlum oldu – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 22 İyul 2015 • Baxış sayı: 489 dəfə • Şərh yoxdur

ytaAzərbaycan Beynəlxalq Bankı ASC-nin Müşahidə Şurasının iclası keçirilib.

Report.az xəbər verir ki, Müşahidə Şurasının iclasında İdarə Heyətinə sədr seçilməsi və İdarə Heyətinin üzvlərinin təyin edilməsi məsələsi müzakirə edilib.

Məlumata görə, İdarə Heyətinin sədri vəzifəsinə 3 nəfərin namizədliyi qeydə alınıb. Onlardan biri “Kapital Bank” ASC-nin keçmiş, “Azəri-Türk Bank” ASC-nin isə indiki rəhbəri Elmar Məmməd oğlu Məmmədov, ikincisi Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti, “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədri Məmməd Qurban oğlu Musayev və üçüncü əsas namizəd isə Azərbaycan Mərkəzi Bankının baş direktoru Rəşad Temraz oğlu Orucov olub.

İdarə Heyətinin sədri vəzifəsinə Elmar Məmmədov seçilib.

ABB-dən əldə etdiyimiz digər məlumatda isə bu gün səhər saatlarında bankın İdarə Heyəti sədrinin müavini və baş maliyyə direktoru Rəşad Tofiq oğlu Hacıyev vəzifəsindən istefa verib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın