Menu
Geri İrəli

Bir qardaşı öldürdü, ikisini yaraladı

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Sentyabr 2010 • Baxış sayı: 186 dəfə • Şərh yoxdur

Hadisə şəhərin Kimyaçılar məhəlləsində olub

Sentyabrın 1-də axşam saatlarında Sumqayıt şəhərində qətl hadisəsi baş verib. Şəhər prokurorluğundan Lent.az-a verilən məlumata görə, 2 qonşu arasındakı mübahisə ölümlə nəticələnib.

Sumqayıtın Kimyaçılar qəsəbəsində yaşayan 23 yaşlı Pərvin Novruzov qonşusu 25 yaşlı Hafiz Seyidovu öldürüb. Seyidovun 2 qardaşını isə bıçaqla yaralayıb.

Hadisə ilə bağlı rayon prokurorluğunda cinayət işi açılıb.

Vüqar Baba

Facebook Şərhləndirmə:

Şərhinizi yazın