Menu
Geri İrəli

Çanta və mobil telefon oğruları yaxalandı

Müəllif: sumqayitxeber.com • Tarix: 2 İyul 2009 • Baxış sayı: 1,095 dəfə • 1 şərh
Share Button

Sumqayitxeber.com saytı Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini Dürdanə Ələkbərovanın çantasından oğurluq etmiş Culfa rayon sakini Məhərrəm Əliyev tutulmuşdur.
Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  iyulun 1-də N.Hacıyev küçəsindəki dərzi sexində Sumqayıt şəhər sakini Dürdanə Ələkbərovanın çantasından 50 manatını oğurlamış Culfa rayon sakini  Məhərrəm Əliyev tutulmuşdur.

Soyğunçuluq etmiş Sumqayıt şəhər sakini Azər Təhməzov da tutulmuşdur

DİN-dən verilən digər məlumata görə saat 21.00 radələrində Sumqayıt şəhəri ərazisində naməlum şəxs şəhər sakini Nərmin İsmayılovaya qarşı zor tətbiq edərək mobil telefonunu ondan almışdır. Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini Azər Təhməzov tutulmuşdur.

Facebook Şərhləndirmə:
Share Button

“Çanta və mobil telefon oğruları yaxalandı” yazısına bir cavab

  1. Orxan deyir:

    yaxwi eleyib yaxalayiblar…

Şərhinizi yazın