Menu
Geri İrəli

Ceyhun Mirzəyevin son «Fəryad»ı

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Fevral 2014 • Baxış sayı: 330 dəfə • Şərh yoxdur

загруженное (1) ceyh_11Ceyhun Mirzəyevin son «Fəryad»ı

 

«İnkişaf» banklararası səhmdar bankının maliyyə vəsaiti hesabına Qarabağ mövzusunda 1993-cü ildə ərsəyə gələn «Fəryad» (ssenari müəllifi V.Mustafayev) filminin rejissoru və baş rolun ifaçısı kino tariximizin incilərindən olan «Ögey ana» filmindən İsmayıl kimi məşhurlaşan Ceyhun Mirzəyevdir. Strukturunda sənədli hadisələrin və faktların bərpasından geniş istifadə olunan filmin ilk epizodlardan erməni millətçilərinin törətdikləri vəhşiliklər hadisələrə təkan verir. Belə ki, haqqı benzinlə ödənilməklə işğal zonasında azyaşlı qızı zorlayaraq öldürmüş erməni-nin adını öyrənərək, qaça-qaça düşmən səngərinin üzərindən keçməklə günahkarı qətlə yetirən İsmayılın əsir düşməsi mövzu istiqamətini qabardır. Ermənilər tərəfindən davamlı olaraq vəhşi-cəsinə döyülən, ayaqqabıları belə yaralı ayaqlarından çıxarılıb mənimsənilən İsmayılın sərhəd-siz həkimlər birliyinin xaricdən gəlmiş üzvünün müdaxiləsi ilə ölümdən qurtarması, dəyişdiril-mək üçün Xoren adlı erməni əsirinin ailəsində, zirzəmidə saxlanılması əsas məkanı təqdim edir.

Hadisələri idarə edən erməni komandiri Armen Xaçaturyantsın (Məlik Dadaşov) daim gəlib-getdiyi, top mərmilərindən ətrafdakı tikililər dağılsa da, yalnız bu evin salamat qalmasının vurğulan-ması, sanki qərargaha çevrilən bu məkanı diqqət mərkəzində saxlayır. Yaralı İsmayılın ekskursiyaya gələn məktəblilərə düşmən kimi təqdim olunması, Xocalının, Şuşanın, Laçının iş-ğalının bayram edilməsi işğalçı erməni millətçiliyinin mənfur niyyətinin açılmasına yönəlsə də, Xorenin arvadının danışdığı yuxularında günbəgün ərinin başını və nəhayət «ən vacib bədən üz-vünü» itirməsi barədə söhbətlərin sadəcə gülüş doğurmağa yönəlməsi əsassız görünür. Erməni Vardan Mamikonyanın türk atlıları ilə döyüşlərdən qalib çıxması ilə bağlı mövzu fantaziya, Xa-çatur Abovyanın, Silva Kaputikyanın əsərlərindən səhifələrin təqdimatı ziddiyyətin bir tərəfini canlandırsa da, atılan mərmilərdən qaçaraq hamının zirzəmidə gizləndiyi bir məqamda ölümlə əl-ləşən yaralı İsmayılın onun üzərinə əyilən Armen Xaçaturyantsın cibindən götürə bildiyi kibritlə evə od vurması və körpə erməni uşağını məhv olmaqdan xilas etmək naminə həyatını təhlükəyə atması epizodu azlıq edir.

İsmayılın epizodlarda görünən, filmin operatoru Kənan Məmmədovun oynadığı coğrafiya elmləri doktoru Sumbat Sumbatyanın tərtib etdiyi xəritəni göstərərək: «Bütün dünya bilir ki, Qa-rabağ böyük Ermənistanın bir parçasıdır!»-deyən Armen Xaçaturyantsın üzünə tüpürməsindən sonra işgəncələrə məruz qalması filmin əvvəlindəki qətl hadisəsindən sonra ikinci daxili müqavi-mətin təzahürünə çevrilir. Bizim uzaqvuran topların darmadağın etdiyi evin qalıqları arasından Armen Xaçaturyants başda olmaqla çıxan erməni hərbiçilərin təsviri üzərində İncildən dini ayi-nin titrlərdə yazılması isə müəmmalı görünür. Filmin sonunda İsmayılın marş sədaları altında Xoren də, daxil olmaqla on nəfər əsirlə dəyişdirilməsi qoyulan problemin həllinə, torpaqlarımı-zın azadlığı ideyasına yönəlmədiyindən film yarımçıqlıq təsiri bağışlayır. Əsir düşmüş İsmayılın iki mövzu-xatirəsində «Ögey ana» filmindən kadrlardan istifadə olunur; döyülərkən anasının fo-toşəkli qarşısında hıçqıran, cəbhəyə yollandığını xatırlayərkən atasının arxasınca ağlayan balaca oğlanın təqdimatı qəhrəmanın sonrakı həyatının yaşandığını bəlli edilir. Əlbəttə ki, bu cəhd dra-maturji prinsiplə yerinə yetirilmədiyindən təsadüfi görünməklə ciddi əhəmiyyət daşımasa da, personajın deyil, aktyorun həyatının bərpası baxımından maraqlı görünür. Filmin drmaturji mo-deli dəqiq olmasa da, İsmayılın döyülməsində ifratçılığa, naturalizmə yer verilsə də, aktyorlarla iş və mühitin təqdimatı yetərincə peşəkar səviyyədə həyata keçirilir. Xüsusən xalq artisti Məlik Dadaşovun yaratdığı Armen Xaçaturyants personajının bitkinliyi diqqəti cəlb edir.

29 noyabr 2008-cu il tarixli “Мədəniyyət” qəzetində peşəkar kinoşünas İntiqam Hacılının «Qarabağ savaşı filmlərdə» məqaləsindəki: ««Fəryad» filminin süjeti bir qədər Sergey Bondarçukun «İnsanın taleyi» filminə bənzəyir. Burda müharibə fondur, əsas mövzu əsir düşmüş İsmayılın mənəvi cəhətdən məhv olmamaq, ucuzlaşmamaq üçün öz-özü ilə apardığı mübarizədir» fikirləri tutarlı səslənir.

16 oktyabr 2009-cu il tarixli «Mədəniyyət» qəzetində peşəkar jurnalist Gülcahan Məmmədlinin: «Məlumlar, naməlumlar, bir də…» məqaləsində bu film barədəki: «…düşmən çox zəifdir, axmaqdır, biz hamıdan güclüyük, qüdrətliyik, vətənpərvərik, amma qələbəyə hələ çox var» qənaəti dəqiq müşahidədir. Və əlbəttə ki, həyatda və bu son filmində daim Qarabağ dər-dini yaşayan vətəndaş mövqeli Ceyhun Mirzəyevin son «Fəryad»ı yaşamaq hüququ qazanır. Ki-nomuzun parlaq siması olan Ceyhun Mirzəyevin filmi tamamlamaq ərəfəsində dünyasını dəyiş-məsi, ağrılı olsa da, ssenari müəllifi V.Mustafayevin montaj-səsləndirmə prosesini həyata keçir-məsi mənəvi məsuliyyətin təzahürünə çevrildi.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın