Menu
Geri İrəli

Cibgirlikdə ittiham olunan sumqayıtlı ailənin fotosu

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Noyabr 2014 • Baxış sayı: 592 dəfə • Şərh yoxdur

Cibgirlikdə ittiham olunan qadınların qohum olduğu üzə çıxıb. 

 ”Qafqazinfo”ya daxil olan məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları daha bir uğurlu əməliyyat həyata keçirərək çoxsaylı cibgirlik cinayətləri törətməkdə təqsirli bilinən 4 nəfəri yaxalayıb. Bir qrup şəxsin paytaxt ərazisində fəaliyyət göstərən sərnişin avtobuslarında cibgirliklə məşğul olması barədə baş idarəyə məlumat daxil olub.

Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində bir ailənin 4 üzvü –  Sumqayıt şəhər sakinləri – 20 yaşlı Məcid Şamilov, onun nənəsi, 63 yaşlı Məleykə Şamilova, anası, 44 yaşlı Mətanət Şamilova və əmisi arvadı, 41 yaşlı Natavan Şamilova cinayət başındaca yaxalanıblar.

Onların üstündən cibgirlik yolu ilə əldə etdikləri qadın pul kisələri, mobil telefonlar, külli miqdarda nağd pul və digər əşyalar aşkarlanaraq maddi sübut kimi götürülüb. İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər hər gün Sumqayıtdan Bakı şəhərinə gələrək çoxsaylı cibgirlik cinayətləri törədiblər. Məcid Şamilov ifadəsində qeyd edib ki, özünə məxsus avtomobillə nənəsini, anasını və dayısı arvadını paytaxta gətirərək avtobus dayanacaqlarında düşürüb. Qadınlar sərnişinlərin sıx olduğu avtobuslara mindikdə isə avtomobili onların arxası ilə sürərək güdməyə başlayıb. Sərnişinləri soyan qadınlar növbəti dayanacaqda düşdükdə Məcid Şamilov onları avtomobili ilə başqa dayanacaqlara aparıb. Günün sonunda isə cibgirlik yolu ilə əldə edilən pullar bölüşdürülüb.

Araşdırmalar zamanı məlum olub ki, avtobuslarda sərnişinlərin ciblərini əsasən Məleykə Şamilova soyub. Onun qızı Mətanət Şamilova və gəlini Natavan isə sadəcə vətəndaşların başını qataraq cinayətlərə şərait yaradıblar. Polis əməkdaşları cibgir qohumları bir qədər izləyiblər, sonuncu dəfə isə qadınlar avtobusdan düşüb avtomobilə minmək istəyərkən yaxalanıblar.

Saxlanılarkən həmçinin Məcid Şamilovdan 5 qrama yaxın həşiş qətranı da aşkarlanıb. Qeyd edək ki, saxlanılan şəxslər əvvəllər də cibgirlik cinayətləri törətdikləri üçün dəfələrlə məhkum olunublar. Gördüyünüz bu şəxslərin əməllərindən zərərçəkmiş vətəndaşlardan Bakı şəhər Baş Polis İdarəsinə müraciət etmələri xahiş olunur.

166545 709339 156423 83381

Facebook Şərhləndirmə:

Şərhinizi yazın